BolgeXeber.Com » Bölgə » Şəmkir ƏƏSMM-də qəribə maxinasiya

Şəmkir ƏƏSMM-də qəribə maxinasiya

8-01-2014, 12:00
Oxunub: 4 084 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni nazir təyin olunsa da bölgələrdə bu nazirliyin mərkəzləri dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılmış ünvanlı sosial yardımların verilməsində hələ də ciddi qanun pozuntularına, rüşvət və korrupsiya hallarına yol verməkdə davam etməkdədir. Bu isə bölgələrdə ciddi narazılıqlara səbəb olmaqla əhali arasında bu nazirliyə qarşı inamsızlıq hissi yaradır.

7GUN.az-a daxil olan məlumata görə, Şəmkir rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru kənd icra nümayəndələri ilə birlikdə dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməklə məşğul olurlar. Belə ki, icra nümayəndələrinin verdiyi arayış əsasında insanlara yardım ayrılır. Hətta icra nümayəndələri qapı-qapı düşüb sakinlərə yardım almağ təkilifini edir. Yardıma ehtiyacı olanlar sənədləri mərkəzə təqdim etsələr də bir neçə aydan sonra onlara yardım düşmədiyini və gəlib sənədləri mərkəzdən geri götürmələrini bildirirlər. Bəzi məlumatlara görə, bu vaxt ərzində həmin sənədlər komissiyadan keçirilir və həmin vətəndaşın xəbəri olmadan ona yardım ayrılır. Elə də olur ki, vətəndaşa verilən yardım kartlarında demək olar ki, pul olmur. Ən maraqlısı isə bu qanunsuz işlərdə “Kapital” bankın rayon şöbəsinin müdirinin də “əməy”i var. Sakinlər bu haqda yuxarı dairələrə dəfələrlə şikayətlər etmələrinə baxmayaraq, mövcud problem bu gün də olduğu kimi qalır. Əldə etdiyimiz məlumatlara görə, bu ünvanlı sosial yardım “əməliyyat”ından rayon icra başçısı və digər bir neçə vəzifəli şəxslərin də xəbəri var. Lakin onların aylıq “haqq”ı çatdığı üçün edilən şikayətlər baxımsız qalır. Ümumiyyətlə çox maraqlıdır ki, Şəmkir rayonunda ünvanlı sosial yardım alanların sayı nə qədərdir? Onlara hansı əsaslarla yardımlar ayrılır?

P.S.Bütün bu suallarla bağlı geniş araşdırma aparıb növbəti yazımızda ətraflı məlumat verəcəyik.