BolgeXeber.Com » Bölgə » Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalova şok ittiham

Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalova şok ittiham

9-01-2014, 08:20
Oxunub: 6 405 "Baş həkim Famil Zeynalov, oğluma qıyma!"

Bolgexeber.com-un redaksiyasına Göyçay sakini Əfəndiyeva Hüsniyyə Nəriman qızının Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovdan şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi təqdim edirik:
“Bildirirəm ki, oğlum 1996-cı il təvəllüdlü Rəhimov İbrahim Razim oğlu I-ci tip şəkərli diabet xəstəliyinə tutulub. Uşağımın vəziyyəti ağır olduğu üçün onu təyinatla Respublika kliniki xəstəxanasına göndərdilər. Müalicə aldıqdan sonra rayonumuzda növbəyə alınmışıq. Ancaq təyin olunan iynə və şəkər ölçmək üçün aparatı ala bilmirik. Dəfələrlə müraciət etməyimizə baxmayaraq Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov xəstə uşağa heç bir köməklik etmir. Oğlum iynədən yəni “İnsulin” dən aslı xəstədir, vəziyyəti tez-tez pisləşir. Hər gün şəkəri ölçülməlidir. Biz iki aydan çoxdur ki, onun xəstəliyi barədə öyrənə bilmirik. Göyçay MRX-nın baş həkimi Famil Zeynalova müraciət etdik o, bizə bildirir ki, hələ bu ilin sonuna qədər aparat verilməsinə söz vermirəm. Budurmu uşaqlara göstərilən qayğı? Belə xəstələr növbə gözləməlidirmi? Şəkər xəstliyi növbə tanıyırmı? İynə (İnsulin) də hələ bir neçə aydan sonra olacaq. Bakidan müalicədən gələndən sonra bir neçə dəfə özüm “İnsulin” və “Landus” alib uşağa vurmuşam. Mən bu iynəni ala bilməsəm deməli uşaq ölməlidir. Uşağa bir bədbəxtçilik üz versə Göyçay Səhiyyə şöbəsi mənə cavab verəcək. Mən bunu bir ana kimi tələb edəcəyəm. Xahiş edirəm mənə hüquqi yardım edəsiniz və KİV vasitələrində hüquqlarımın pozulması haqqında məlumatların yayılmasında köməklik edəsiniz. Hüquq müdafiəçisi Sadiq Əliyevin sözlərinə görə Famil Zeynalov cəzasızlıq hökm sürdüyünü bildiyi səbəbindən vəzifəsindən sui-istifadəyə yol verir. O, düşünür ki, hər hansı cinayət əməli etmiş olsa da rüşvətin və himayədarların köməkliyi ilə məsuliyyətdən yayınacaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 maddəsinə görə “vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda məsuliyyət daşıyır”. Sadəcə xatırlatmaq istəyirəm ki, daima məsuliyyətdən yayınan Famil Zeynalov özbaşına hərəkətləri ilə vətəndaşları incitdiyinə görə gec-tez Qanun qarşısında aciz qalacaqdır”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com