BolgeXeber.Com » Bölgə » Zərdab Elektrik Şəbəkədə şok qalmaqal

Zərdab Elektrik Şəbəkədə şok qalmaqal

10-01-2014, 10:40
Oxunub: 3 895 Zərdab rayonu Elektrik Şəbəkəsi işçiləri arasında narazılıq yaşanır.
Avropa.info xəbər verir ki, buna səbəb adı çəkilən dövlət idarəsinin beş nəfər ali təhsilli, gənc mütəxəssisinin heç bir səbəb olmadan işdən azad edilmələri olub. Belə ki, Zərdab rayonu Elektrik Şəbəkəsinin beş əməkdaşı yanvarın 7 -də səhər işə gələrkən vəzifələrindən azad edildikləri xəbərini alıblar. Bunlar Zərdab Elektrik Şəbəkəsinin aparıcı mühəndisi Seymur Məhərrəmov, Debitor Borclarla iş şöbəsinin mühəndisi Rahib Həsənov, Anbardar Gündüz Vəliyev, Təsərüffat şöbəsinin kompüterçisi Elmir Əmrəliyev, Sayğac Quraşdırma üzrə usta Müşfiq Əzizovdur. Əməkdaşlar Zərdab Elektrik Şəbəkəsinin rəis əvəzi Ələmdar Abbasovdan hansı səbəbdən işdən azad edilmələrini soruşsalar da cavab ala bilməyiblər. İşdən azad edilən ali təhsilli mütəxəssislər İmişli Regional Elektrik Şəbəkənin Direktoru Səməd Hüseynovun və Satış üzrə Direktor müavini Rauf Nəbiyevin qəbuluna getsələr də, adı çəkilən məmurlar onları qəbul etməyiblər. İşdən azad edilən Seymur Məhərrəmov Avropa.info-ya bildirib ki, onların işdən azad edilməsinin səbəbi İmişli Regional Elektrik Şəbəkənin və Zərdab Elektrik Şəbəkənin korrupsiyaya qurşanmasıdır.
"Bizim yerimizə təyin etməkdən ötrü artıq müxtəlif şəxslərdən rüşvət də alınıb. Məsələn , mənim vəzifəmə Hafiz Xəlilov adlı şəxsdən böyük miqdarda rüşvət alınıb. İmişli Regional Elektrik Şəbəkəsindən Hafiz Xəlilova deyiblər ki, ara sakitləşən kimi mənim vəzifəmə onu təyin edəcəklər. Lakin biz sakitləşən deyilik. Artıq cənab prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevaya, Azərenerjinin sədri cənab Etibar Pirverdiyevə müraciət etmişik. Belə özbaşnalıq olmaz. Heç bir səbəb olmadan, səhər işə gələndə eşidirik ki, bizi işdən azad ediblər."
Seymur Məhərrəmov bildirib ki, işə bəpra olunmalarını tələb edirlər. "İşə bəpa olunmayacağımız təqdirdə isə Azəırbaycan vətəndaşlığından imtina edəcəyik."
Mövzunu davam etdirəcəyik.
Bolgexeber.com