Şəmkirdə «mavi yanacaq» əvəzinə, adi hava vururlar?
15-01-2014, 10:35
Oxunub: 3 725
Rayon camaatının aylıq qaz pulusu iki dəfə «çoxalıb», insanlar Qaz İdarəsinin bəzi əməllərindən şübhəlidirlər
Şəmkir rayonunda əhaliyə verilən təbii qazla bağlı müəmmalı vəziyyət yaranıb. Havaların elə də soyuq keçməməsi səbəbindən insanların evlərində elə də çox «mavi yanacaq» işlətməməsinə rəğmən, dekabr ayı üçün onlara heç də kiçik məbləğlərlə ifadə olunmayan qaz pulu qəbzləri gəlib.
Bolgexeber.com sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, rayon əhalisini şübhələndirən də elə bu olub. Belə ki, ötən ilin noyabr ayında onların istifadə etdiyi qazın aylıq haqqı 35 manat olub. Amma dekabr ayında bu rəqəm gözlənilmədən 65 manata qaldırılıb. Rayon camaatının dediyinə görə, burada kifayət qədər ciddi fırıldaq var və qiymətlər də o səbəbdən yüksək göstərilib.
Jam.az xəbər verir ki, Şəmkir əhlini şübhələndirən əsas məqamlardan biri də qaz borularına «mavi yanacaq» əvəzinə, adi havanın vurulmasıdır. Onların dediyinə görə, yalnız bu şəkildə onlara böyük məbləğdə qaz pulu gələ bilər. İstifadə etdikləri qazın həcmində isə ötən aylara nisbətdə heç nə dəyişmədiyi deyilir.
Qeyd edək ki, analoji vəziyyət Sabirabad rayonunda da yaşanmışdı. Həmin vaxt yerli mətbuat orqanlarının apardıqları araşdırmalar nəticəsində məlum olmuşud ki, rayonun Qaz İstismarı İdarəsi borulara hava vuraraq, bununla sayğaclara təsir göstərə bilib. Əvəzində isə insanlara aylıq daha çox qaz pulu yazmağa nail olmuşdular. Görünür, Şəmkirin Qaz İstismarı İdarəsinin rəhbəri də sabirabadlı həmkarının təcrübəsindən yararlanmağa çalışıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər