Goranboyun Mərkəzi Xəstəxanasına ayrılan pullar hara xərclənib?
15-01-2014, 10:40
Oxunub: 3 529
Baş həkim Rüstəm Budaqov Mərkəzi Xəstəxanada təmir və əsaslı təmir adı altında ayrılmış pullara yol çəkdirdiyini deyir
Goranboyun Mərkəzi Xəstəxanasının başı bəlalıdır. Çünki hələ mərhum baş həkim Faiq Abdullayevin vaxtında bərbad gündə olan və büdcədən ayrılan pulların hamısının rayonun abadlaşmasına sərf olunması bu səhiyyə ocağının qara günlü qalmasına səbəb olmuşdu. Faiq Abdullayevin intihar etməsindən sonra yayılan şayələrdə də iddia olunurdu ki, guya, onun belə bir vasitəyə əl atması abadlaşma işlərinə görə ondan əlavə vəsaitin istənilməsi olub.
Amma mərhum baş həkimdən sonra onun yerini tutan Rüstəm Budaqovun da durumu yaxşı deyil. Çünki Goranboyun Mərkəzi Xəstəxanasına ayrılmış onminlərlə manatın aqibəti məlum deyil. Daha doğrusu, pulun hara xərcləndiyi sənədlərdə göstərilsə də, real vəziyyət tamam başqadır. Məsələn, rayon xəstəxanasına cari təmir işlərinin satın alınması üçün 14 min manat ayrılsa da, onun təyinatı üzrə xərclənmədiyi deyilir. Öu azmış kimi, əsaslı təmir işlərinin satın alınması üzrə tenderin qalibi olmuş «Yusifoğlu» şirkətinə verilməli olan 70429 manat da başqa işlərə sərf olunub.
JAM.AZ-a verilən məlumatlarda deyilir ki, Rüstəm Budaqov digər işlər adı altında da bir xeyli pulu büdcədən çıxararaq, onu həm öz maraqları, həm də rayon üçün sərf edib. Rayon sakinlərinin dediyinə görə, baş həkim bunu heç gizlətmir də. Çünki o, əksər məclislərdə açıq şəkildə etiraf edib ki, Goranboyun Mərkəzi Xəstəxanasına büdcədən ayrılmış 100 min manatdan artıq pulu rayonda aparılan abadlıq işlərinə sərf edib. Hətta onun həmin pulla bir neçə küçənin asfaltını aldığını da söylədiyi deyilir. Ona görə də, Mərkəzi Xəstəxananın aqibəti ağlamalı olduğunu vurğulayıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər