BolgeXeber.Com » Bölgə » Neftçala təhsilində 725 min manatlıq biabırçılıq

Neftçala təhsilində 725 min manatlıq biabırçılıq

18-01-2014, 06:45
Oxunub: 3 600 Rayon Təhsil Şöbəsi büdcənin pullarını özünə xərcləyib, orta məktəblərin vəziyyəti isə dramatikdir

Neftçala təhsilində böhranlı vəziyyətin yaşandığı və təhsil şöbəsinin müdirinin bütün təhsil ocaqlarından haqq tələb etdiyi barədə dəfələrlə yazılıb. Ötən günlərdə isə təkcə keçən ilin büdcəsindən ayrılmış yüz minlərlə manatın hansı məqsədlərə xərcləndiyi və ümumi vəziyyətin necə olduğuna dair yeni məlumatlar üzə çıxıb. Tia.az-ın əldə etdiyi həmin məlumatlarda 725 min manat pulun təhsil şöbəsinin müdiri tərəfindən xərcləndiyi, amma təyinata uyğun olmadığı deyilir. Həmin tender oyunlarında isə üzə çıxmış biabırçı vəziyyət isə xronoloji olaraq aşağıdakı kimidir:

- Təhsil Nazirliyinin Neftçala rayon Təhsil Şöbəsi üçün digər maşın və avadanlıqların satın alınması üçün elan edilmiş tenderə 9223 manat pul ayrılıb. Həmin prosesi isə «Günay-T» MMC şirkəti həyata keçirib.

-Təhsil Nazirliyinin Neftçala Təhsil Şöbəsi üçün bərk inventarların satın alınması üçün elan edilmiş tenderi isə «Konral» MMC həyata keçirib. Bu məqsədlə 239860,96 manat pulun aqibəti sual altına düşüb.

- Təhsil Nazirliyinin Neftçala rayon Təhsil Şöbəsi üçün dəftərxana ləvazimatlarının satın alınması üçün elan edilmiş tenderə isə 5000 manat sərf olunub. Bu proses də fiziki şəxs Sadıqov Şəhriyar Ağamalı oğlu vasitəsi ilə həyata keçiriblər.

- Neftçala rayon Təhsil Şöbəsi üçün mətbəə xidmətlərinin satın alınması üçün də elan edilmiş tenderin qalibi Şəhriyar Sadıqov olub. Bu dəfə ortalıqda 10 min manat pul olub.

- Təhsil Nazirliyinin Neftçala rayon Təhsil Şöbəsi üçün «Sair xərclər» malddəsi üzrə malların (işlər və xidmətin) satın alınması üçün işlər isə «Təmir-Bərpa» MMC-yə həvalə edilib. Ayrılan məbləğ isə 96942 manat təşkil edib.

- Neftçala rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması məqsədi ilə 2900 manat pul ayrılıb ki, bui ş də Şəhriyar Sadıqova həvalə edilib.

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması işləri isə fiziki şəxs Qəfərov Qismət Tahir oğluna tapşırılıb. Bunun üçün isə 6000 manat pul ayrılıb.

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Təsərrüfat mallarının satın alınması işləri fiziki şəxs Abbasova Nərminə Sadıq qızına verilib. Və həmin işlər üçün 2990 manat sərf olunub.

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Avadanlıqların satın alınması üzrə işlər yenə fiziki şəxs Abbasova Nərminə Sadıq qızına həvalə edilib və bu zaman 9985 manat xərcləndiyi qeyd olunub.

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Yumşaq inventarların satın alınması yenə həmçinin fiziki şəxs Abbasova Nərminə Sadıq qızının əliylə həyata keçirilib. Bu məqsədlə 9900 manatın başına «daş» salınıb.

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Digər maşın və avadanlıqların satın alınması işləri isə fiziki şəxs Mehtiyev Əliş Fərhad oğluna həvalə edilib. Tenderin dəyəri 5000 manat.

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Bərk inventarların satın alınması işləri bu dəfə fiziki şəxs Sadıqov Şəhriyar Ağamalı oğluna verilib. 20000 manat da bu şəkildə xərclənib.

- Təhsil Nazirliyinin Neftçala rayon Təhsil şöbəsi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması “Mədəni-Maarif” MMC-yə həvalə edilib ki, o da 100 min manatın aqibətini həll edib.

- Təhsil Nazirliyinin Neftçala rayon Təhsil şöbəsi Digər avadanlıqların satın alınması işləri fiziki şəxs Mehtiyev Əliş Fərhad oğluna tapşırılıb. 54900 manat da bu yolla «xərclənib».

- Təhsil Nazirliyinin Neftçala rayon Təhsil şöbəsi Yumşaq inventarların satın alınması fiziki şəxs Əhədova Gülər Akif qızına tapşırılıb ki, bu zaman da 59950 manatın aqibəti həll edilib. Qeyd edək ki, Neftçala rayonunda təkcə təhsil sahəsində elan edilən tenderlər yolu ilə 724 942 manat pulun xərcləndiyi aşkar olunub. İddia edilir ki, həmin pulun böyük qismi Təhsil Şöbəsinin müdiri tərəfindən mənimsənilib. Və vurğulanır ki, bununla bağlı tutarlı araşdırma aparılarsa, o zaman durumla bağlı daha maraqlı məqamlar üzə çıxa bilər. Çünki təhsil şöbəsinin müdirinin orta məktəb direktorlarından aylıq haqq tələb etməsinə dair də bilgilər var. Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com