Xocavənddə baş həkim icra başçısının adından əmrlər verir
21-01-2014, 09:20
Oxunub: 4 374
350 min manatlıq əməliyyatda şərik olduğu Eyvaz Hüseynovun yerinə keçməyə hazırlaşan baş həkim Nurəngiz Bəşirova onun adından əmrlər də verir
Xocavənd rayonunda tibbin vəziyyəti həddindən artıq ağırdır. Mərkəzi Xəstəxananın baş həkimi Nurəngiz Bəşirovanın «gərgin» əməyi sayəsində viran qalmış bu səhiyyə ocağına üz tutanlar isə demək olar ki, yox həddindədir.
Qeyd edək ki, hal hazırda Xocavənd Mərkəzi Xəstəxanasının vəziyyəti dəhşətlidir. Təmir edilməmiş, inventarları isə sınıq-salxaq olan bu xəstəxanada xəstənin qalması heç bir halda mümkün sayılmır. Elə zənn etməyin ki, sözügedən səhiyyə ocağına büdcədən təmir və digər işlər üçün pul ayrılmayıb. Əksinə, ayrılıb, sadəcə, baş həkim təmirdən vacib olan şəxsi işlərini həll etmək üçün həmin vəsaiti özünküləşdirib.
JAM.AZ-a verilən məlumata görə, bir müddət əvvəl Xocavəndin icra başçısı Eyvaz Hüseynovun dəstəyi ilə «Tərəqqi» medalı almış baş həkim əlinə düşən fürsəti fövtə vermək istəməyib. Elə bunun ardından dövlət büdcəsindən rayon səhiyyəsinə ayrılmış 350 min manatı özünə götürən Bəşirova, qısa müddətdən sonra Bakıda böyük mülklərə belə sahib olub.
Məlumatlarda deyilir ki, baş həkim xəstəxanada xəstələrə verilməli olan ərzaq və dərman pereparatlarından da özü üçün qazanc mənbəyi yaradıb. Belə ki, Nurəngiz Bəşirovanın bu məqsədlə ayrılmış pulları özünə götürməsindən sonra Xocavənd Xəstəxanasında barmağını kəsmiş şəxsə bint belə tapmaq mümkün deyil. Hətta rayon camaatı deyir ki, əgər biri barmağını kəsərsə, xəstəxanaya aptekdən bint və yod almadan gəlməsin. Çünki həmin yaralını yenidən geri qayıtmalı olacaq.
Ərzaq məhsullarına gəldikdə isə bu məqsədlə ayrı-ayrı şirkətlərlə müqavilələr belə bağlanılıb. Amma həmin MMC-lərin ya N.Bəşirovaya, ya da icra başçısına məxsus olduğu deyilir. Yəni, ortada rəsmi müqavilə olsa da, pul şirkətin hesabına köçürülməyib. Hətta köçürülsə belə, məhsul alınmayıb. Bütün pulların hamısı götürülərək, dədə malı kimi yarı bölünüb.
Nurəngiz Bəşirova ilə bağlı verilən bir başqa məlumatda isə vurğulanır ki, o, Eyvaz Hüseynov postundan getdikdən sonra Xocavəndin icra başçısı olmağa hazırlaşır. İddialara görə, bunu hazırkı icra başçısı da çox istəyir. Çünki rayonda həyata keçirilmiş maxinasiyalarda birgə iştirak etmiş cütlük yeni icra başçısı gələcəyi təqdirdə çətin duruma düşəcəklərindən ehtiyatlanırlar. Qeyd olunur ki, N.Bəşirova icra başçılığı məsələsinə o qədər ciddi yanaşır ki, hətta bəzi zamanlar Eyvaz Hüseynovun yerinə qərarlar da verməkdən çəkinmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər