BolgeXeber.Com » Bölgə » İsa Veyisovun saxta diplom işində qalmaqal

İsa Veyisovun saxta diplom işində qalmaqal

21-01-2014, 14:40
Oxunub: 3 538 Müəllimlər İnstitutunun Qazax filalının keçmiş direktoru İsa Veyisov hazırkı direktor Afaq Qasımovadan ildə 40 min manat tələb edir; Gəncə filialının keçmiş direktoru Ramiz Məmmədovun isə saxta diplom satışına görə İsa Veyisova yarım milyon borclu olduğu iddia olunur…

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filalının keçmiş direktoru İsa Veyisov və oğlu Kənan Veyisov Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş direktoru Ramiz Məmmədovla və Qazax filialının Hazırkı direktoru Afaq Qasımovla bağlı Gəncə Prokurorluğuna müraciət ediblər. Ata-oğul şikayətçilər bildiriblər ki, Ramiz Məmmədovun onlar 500 min manat borcu var. Afaq Qasımova isə Veyisovlara hər il 40 min manat verməlidir.

Bu barədə Pia.az-a çox ilginc və hətta gülməli hesab olunacaq məlumat daxil olub. Daxil olan məlumatda bildirilir ki, İsa Veyisov Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş direktorun Ramiz Məmmədovdan yarım milyon manatı ona görə tələb edir ki, Ramiz Məmmədov saxta diplom alveindən sabiq direktor İsa Veyisova məhz bu qədər borcludur. Afaq Qasımova isə ona görə hər il Veyisova 40 min manat ödəməlidir ki, İsa Veyisov Müəllimlər İnstitutunun Qazax filialını dişi və dırnağı ilə ərsəyə gətirib və elə bu üzdən də Afaq Qasımova qazancının bir hissəsini İsa Veyisova verməlidir.

Xatırladaq ki, İsa Veyisov və Ramiz Məmmədov məhz saxta diplom məsələsinə görə nazir Mikayıl Cabbarov tərəfindən işdən azad olunublar. İsa Veyisovun Qazax fililına rəhbərlik etdiyi müddətdə mindən artıq insana Müəllimlər İnstitutunun Qazax və Gəncə filiallarının saxta diplomunu satıb.

Lakin məlumata əsasən işdən azad olunması səbəbi ilə İsa Veyisov bu il «məzun olan» 70-dən artıq «tələbənin diplomunu» verə bilməyib. Elə bu üzdən də sabiq direktor öz «məzunları» ilə ciddi problem yaşayır. Qeyd olunur ki, İsa Veyisovun «müştərilərinin» böyük əksəriyyətini oğlu, DSMF-nun Binəqədi rayonunda işləyən Kənan Veyisov cəlb edib. Elə bu üzdən də Kənan Veyisov, həmçinin İsa Veyisovun qardaşı Ramiz Veyisov davamlı olaraq keçmiş «müştərilərindən» gizlənməyə məcburdurlar.

Məlumatda bildirilir ki, İsa Veyisov və oğlu Kənan Veyisov öz əlaqələrindən istifadə edərək prokurorluq vasitəsi ilə özlərinin keçmiş şərikləri Ramiz Məmmədovdan pul qoparmağa çalışsalar da, onların bu arzıları gözlərində qalıb. Çünki araşdırma həqiqət üzə çıxıb. Amma buna baxmayaraq mənbəninin bildirdiyinə görə faktla bağlı cinayət işi açılmayıb.

Bundan başqa məlumatda o da qeyd olunur ki, İsa Veyisov Ağstafa sakinləri olan bir neçə vətəndaşın pulunu geri qaytarmağa məcbur olub .çünki həmin şəxslər İsa Veyisovu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etsməklə hədələyiblər.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…