Masallı RİH-dən etiraz aksiyası ilə bağlı rəsmi açıqlama
21-01-2014, 18:00
Oxunub: 4 339
Masallı haqda yenə dezinformasiya: yayılan məlumatların həqiqəti əks etdirmir
Bolgexeber.com bildirir ki, Masallı rayonunda bir qrup rayon sakinin etiraz aksiyası keçirməsi haqda məlumat yayılıb. Məlumatda deyilir ki, guya Şıxlar kəndinin bir qrup sakini Bakı-Astara şossesinin Masallıdan keçən hissəsini bağlayıb.
Bolgexeber.com məlumatı dəqiqləşdirmək üçün Masallı RİH ilə əalqə saxlayıb.
Masallı RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəsir Muxtarlı açıqlamasında aksiya ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. O, aksiyanın səbəblərini də izah etdi: “Bir müddət əvvəl rayon sakinlərindən birinin evi yanmışdı. Onlar da 10-15 nəfər yaxın qohumları ilə birlikdə icra hakimiyyətinə şikayətə gəlmişdilər ki, bizim evimiz yanmayıb, kimlərsə tərəfindən yandırılıb. İcra hakimiyyətindən də onlara bildirildi ki, hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır. Daha sonra onlar da ərazidən uzaqlaşdılar”.
N.Muxtarlı fotolarda da göründüyü kimi əraziyə xeyli sayda insanının necə toplaşmasına da aydınlıq gətirdi: “Fotolardan da aydın olur ki, insanların toplaşdığı yer rayon avtovağzalının qarşısıdır. Şikayətə gələnlər həmin yerdə ola bilsin ki, ləngiyiblər, bir az səs-küy olub. İnsanlar da ora toplaşıb. İcra hakimiyyətinin buna heç bir aidiyyatı yoxdur”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər