BolgeXeber.Com » Şou-Biznes » Nigar Camal bu sözlərdən sonra qəzaya düşdü: "cəhənnəmdə yanacaqlar" - YENİLƏNİB - VİDEO - FOTO

Nigar Camal bu sözlərdən sonra qəzaya düşdü: "cəhənnəmdə yanacaqlar" - YENİLƏNİB - VİDEO - FOTO

15-07-2015, 21:25
Oxunub: 5 130 Nigar Camal bu sözlərdən sonra qəzaya düşdü: "cəhənnəmdə yanacaqlar" - YENİLƏNİB - VİDEO - FOTONigar Camalın qəzaya düşməsi barədə xəbər hələ də öz təsdiqini tapmayıb. Belə ki, hələ onlarla əlaqə yaratmaq mümkün olmayıb.

Yayılan xəbərə görə, müğənni öz yaxın rəfiqələri ilə Quba istiqamətində hərəkət edərkən qəzaya düşüb. Xəbər sosial şəbəkə yayılan videodan qaynaqlanıb. Görüntülərdə Nigar avtomobildə rəfiqələri ilə oxuyub rəqs edərkən bir anda ortalıq qarışır, kamera isə yerə düşür.

Müğənni isə bir neçə saat öncə öz səhifəsində daha bir video paylaşıb, görüntülər sözügedən videonun bir parçasıdır. Birinci kadrlardakı kimi də oxuyub rəqs edən müğənni hicablı rəfiqəsi tərəfindən zarafatyana tənqid olunur. Həmin xanım müğənninin hərəkətlərinə irad bildirirək "cəhənnəmdə yanacaqlar" deyir.

Görünür, bu videodan sonra Nigar və rəfiqələri qəzaya düşüblər.

------------

14:14

"Eurovision 2011" mahnı müsabiqəsinin qaliblərindən biri olan Nigar Camal qəzaya düşüb.

Bolgexeber.com xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Nigar Camal və 2 rəfiqəsi Bakı-Quba yolunda hərəkət edərkən avtomobildə mahnı oxuyublar. Bu zaman yol nəqliyyat hadisəsi baş verib.

Maşını idarə edən hicablı xanım ağır yaralanıb. Nigar Camal və digər qadının vəziyyəti yaxşıdır.