Məhbuslar aksiyaya başlayır
4-05-2012, 20:50
Oxunub: 5 562
Mədət Quliyevlə görüşmək istəyən məhbuslar mayın 15-də Qobustan həbsxanasında prosesə start verəcəklər
Qobustan Qapalı Tipli Həbsxanada cəza çəkən məhbuslar etiraz aksiyası planlaşdırırlar. Bu barədə TİA.AZ-a məhbus ailələrindən biri məlumat verib. Məlumatda deyilir ki, aksiyanın keçirilmə tarixi kimi mayın 15-i təyin olub.
Mənbə bildirir ki, məhbusların aksiya keçirmələrinin əsas səbəbi həbsxanalarda özbaşınalıqların baş alıb getməsi, onlarla qeyri-insani rəftar və digər amillərdir. Təxminən 80 nəfərlik aksiyaya həmçinin ömürlük məhbusların da qoşulması gözlənilir.
Tia.az saytına danışan şəxs bildirib ki, məsələdən xəbər tutan Qobustan həbsxanasının rəhbərliyi aksiyanın qarşısını almaq üçün indidən tədbir görməyə başlayıb. «Həbsxana rəhbərliyi aksiya keçirmək istəyən məhbuslara təzyiqlər göstərməyə başlayıb. Belə ki, onları yanına çağıran həbsxana rəhbərliyi söhbət əsnasında fikirlərindən daşındırmağa çalışır. Buna əməl etməyənləri isə «karsa» saldırır və digər cəzalar verir».
Bu əsnada o da məlum olub ki, aksiya keçirmək istəyən məhbusların əsas tələblərindən biri də Penitensiar Xidmətin rəhbəri general Mədət Quliyevlə görüşməkdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər