Qurban bayramı heyvanların qiymətini artırdı
14-11-2010, 19:25
Oxunub: 10 605

Gəncənin mal bazarında xırda buynuzlu heyvanların qiyməti qalxıb.
Alıcılar qiymətlərin artımından satıcılar isə müştərilərin azlığından şikayətlənir. Bayram öncəsi heyvan bazarlarında canlanma müşahidə olunsa da Gəncənin mal bazarında satan çox, alan azdır. Çünki əksər satıcılar bayramı fürsət bilib qiymətləri süni olaraq qaldırıblar. Alıcılar deyir ki, əvvəlki günlərlə müqayisədə qiymətlərdə xeyli fərq var. Alıcılar keçən həftə 80 manat olan quzunun indi 100 manata satıldığını bildirilər. Bütün bunlara rəğmən bayram öncəsi Gəncəyə ancaq yaxın rayonlar deyil, eləcə də uzaq bölgələrdən heyvan satmağa gələnlər var. Alış-veriş məkanında daha çox satılansa qoyun və quzulardır. Bəzi satıcılar bayramın gəlməsinə baxmayaraq, bazarı zəif qiymətləndirirlər. Səbəb isə əhalinin maddi durumunun o qədərdə yaxşı olmamsıdır. Qeyd edək ki, heyvan qiymətləri ilə bağlı analoji hal hər il müşahidə olunur. Təəssüf ki, bəzi işbazlar müqəddəs bayramı az vaxta çox pul qazanmaq üçün fürsət bilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər