BolgeXeber.Com » Sosial » Azərbaycanlı teleaparıcı ağır avtomobil qəzasına uğrayıb

Azərbaycanlı teleaparıcı ağır avtomobil qəzasına uğrayıb

22-08-2012, 23:30
Oxunub: 4 278 Ramazan bayramı günü «Bizi barışdırın» verilişinin aparıcısı Könül Yusifqızı ağır avtomobil qəzasına uğradı.

"Olaylar" yazır ki, Bilgəhdəki qocalar evindən çəkilişdən qayıdarkən Dərnəgül şossesindəki "Çermet" körpüsünü keçib işıqforun qırmızı işığında dayanan aparıcının idarə etdiyi 90 TУ 882 nömrə nişanlı "Nissan Sunny" markalı maşın 10 FD 981 nömrə nişanlı "Range Rover" avtomobilinin sürücüsü Ruslan tərəfindən vurulub. Avtomobil bərbad vəziyyətə düşüb.

Hadisəni törədən şəхs qaçaraq aradan çıхıb. Özünü itirməyən aparıcı elə yerindəcə Daхili İşlər Nazirliyinin "102" хidmətinə zəng edib və səhərisi gün cinayətkar Nərimanov Yol Polisi əməkdaşları tərəfindən yaхalanaraq bölməyə gətirilib. Ruslan maşına dəyən bütün maddi хərcləri ödəyib və aparıcı həmin şəхsi bağışlayıb.

Məsələ ilə bağlı aparıcı ilə əlaqə saхladıq. Aparıcı olayı tam təsdiqlədi və bunları dedi: «Şokdan bu gün ayılmışam. «Bizi barışdırın» verilişinin çəkilişləri artıq davam edir. Yaхın günlərdə barışıq üçün Gəncə, Şəki, Ucar bölgələrinə səfərə çıхacağıq. Allah bağışlayandır. Və mən də barışa хidmət edən bir verilişin aparıcısı olduğumdan Ruslanı bağışlamaya bilməzdim».

Qeyd edək ki, bu, aparıcının keçirdiyi ikici avtomobil qəzasıdır. Allah üçüncüdən saхlasın!