BolgeXeber.Com » Sosial » Xırdalanda mağazaların bağlanmasına hansı məmur səbəb olub?

Xırdalanda mağazaların bağlanmasına hansı məmur səbəb olub?

6-09-2012, 18:25
Oxunub: 5 714
[justify]Xırdalan şəhərində əhalinin fərdi şəkildə kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olması qadağan edilib. Artıq bir neçə gündə şəhərin küçə və məhəllələrindəki 100-dən artıq mağaza bağlanıb.

Satıcıların verdiyi məlumata görə, onlardan öz dükanlarını bağlaması və Xırdalanın mərkəzi ərazisində yerləşən bazarda ticarətlə məşğul olması tələb olunur. Göstərişin kimdən gəldiyi isə məlum deyil: “Bir neçə nəfərdi. Elə deyirlər gedin bazarda alver edin. Bir-bir dükanlara girib mağazaları bağlamağı tələb edirlər. “Sizin əlinizdən bazar yaxşı işləmir” deyirlər”.

Narazı satıcılar kimə müraciət edəcəklərini də bilmirlər. “Nə özlərini təqdim edirlər, nə də göstərişin kimdən gəldiyini deyirlər. Bilsək ki, bu qərarı kim verib—gedib sözümüzü deyərik. Bazarda yığacaqları pulu burda verməyə də razıyıq. İndi hansı əsrdir ki, zorla dükanlarımızı bağlayırlar. Birtəhər ailəmizi dolandırırıq. Bazarda bizdən ucuz satmırlar ki, axı camaat da bazara getsin. Elə məhəllədəcə alırlar. Bir şüyüd almaqdan ötrü müştəri bazara getməlidir? Çörəkpulu qazanmağa da imkan vermirlər”.
[/justify]