BolgeXeber.Com » Sosial » Baş Prokurorluğun idarə rəsinin bağ evi yarılıb

Baş Prokurorluğun idarə rəsinin bağ evi yarılıb

12-09-2012, 18:25
Oxunub: 5 700 General-mayorun 10 min manata yaxın pulu və qiymətli əşyaları oğurlanıb

Azərbaycanda vəzifəli şəxsin evi qarət edilib. Hadisə rayonun Nardaran qəsəbəsində qeydə alınıb. Respublika Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Ruslan Hacıyevin Nardaran qəsəbəsində yerləşən bağ evindən məişət əşyaları və pul oğurlanıb. Ev sahibi baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat verib. Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsinin üstü açılıb.

Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib. Məlum olub ki, oğurluğu elə həmin evdə gözətçi işləyən Arif Məmmədov törədib. A. Məmmədov şübhəli şəxs qismində tutulub. Faktla bağlı araşdırma aparılır. Məsələ ilə bağlı “Yeni Müsavat”a daxil olan xəbərdə isə deyilir ki, oğurluqdan əvvəl gözətçi ilə bağ sahibi arasında əmək haqqının azlığına görə narazılıq olub. Gözətçi 3-cü dərəcəli ədliyyə müşaviri (general-mayor) olan idarə rəisi bağ evini tərk etdikdən sonra bağ evinə girərək ordan əlinə keçən 5 min manat, 2 min avro və xeyli qiymətli əşyanı götürərək aradan çıxıb. İstirahət günü bağ evinə gələn general-mayor evinin altının üstünə çevrildiyinin şahidi olub. Polisə müraciətindən az sonra gözətçi tutulub.

Sabunçu Rayon Polis İdarəsnin İstintaq şöbəsində fakta görə Cinayət Məcəlləsinin 177-ci(oğurluq) maddəsi ilə cinayət işi başlanıb.