Mingəçevirin Samux küçəsinin sakinləri təhlükədə!
15-09-2012, 13:40
Oxunub: 6 218
Atalar yaxşı deyib:Qızıldan taxtım olunca,quruca bəxtim olsun.Bu dəyərli və hikmətli sözləri qədim toqpaqlarımızdan olan Samuğa tam çəkildə şamil etmək olar.Çünki bir vaxtlar Mingəçevir su anbarının tikintisinə,konkret desək Mingəçevrinin bir sənaye şəhərinə çevrilməsinə qurban gedən Samuxun adı indi yalnız kağız və dəmir parçalarının üzərində qalıb.Elə Samux adının yaşadılması üçün də Mingəçevir şəhərindəki küçələrədən birinə Samux adı verilib.Amma,bu küçəyə nədənsə yerli qurumlar qıyqacı münasibət sərgiləyir.Adıçəkilən küçədə bir sıra həlli vacib ciddi problemlər var.Bunu biz yox,sakinlər deyir.Baxmayaraq ki,Mingəçevirdə son aylarda aparılan yenidənqurma işləri diqqət çəkir.
---Mingəçevir şəhərnin Samux küçəsində sakinlər hər gün təhlükə ilə üz-üzədirlər. Bunun səbəbi əslində Mingəçevirin müvafiq yerli qurumlara tam aydındır. Sakinlərin müraciəti əsasında apardığımız çəkiliş zamanı həmin təhlükənin nədən ibarət olduğunu yerindəcə lentə aldıq.Sürətlə şütüyən yük və minik avtomobilləri Samux küçəsində yaşayanların rahatlığını tam şəkildə pozub.Sakinlərin mövcud problemlə bağlı etdikləri yazılı və şifahi müraciətlərə isə Mingəçevidə baxan yoxdur.Hətta,onların yazılı müraciətinə Mingəçevir icra hakimiyyətindən analoqu olmayan cavab da verilib:”Mingəçevriin Samux küçəsi Yevlax rayonunun ərazisidir.Ona gorə də biz orda hər hansı bir iş görə bilmərik”.Küçə sakinləri-Ətirxan Məmmədovun,Səfər Əliyevin, Rəmziyyə Məmmədovanın, İslam Əliyevin sözlərinə görə, dəfələrlə burada təhlükəli vəziyyət yaranıb. Avtomobillər qəza vəziyyəti törədərək evlərə çıpılıb. Hətta, 2 il öncə sürətlə hərəkət edən minik avtomobili yoldan çıxaraq həyətinin giriş qapısı yanında əyləşən qadını həyatına son qoyub.Bir neçə evinin divarında isə küçədə sürətlə şütüyən yük dolu avtomobillərin yaratdığı silkələnmə nəticəsində çatlar əmələ gəlib. Ən ciddi problemlərədn biri də küçə boyunca işıqlandırma sisteminin olmamasıdır. Sakinlər deyir ki, Samux küçəsi gecələr zülmətə qərq olur. Sovet hökuməti zamanında basdırılan işıq dirəklər isə artıq öz ömrünü çoxdan başa vurub.Samux küçəsində yaşayan sakinlərin problemlərinə aydınlıq gətirmək üçün Mingəçevir şəhər icra hakimiyyətində Əsaslı Təmir və Tikinti şöbəsinin müdiri Arif Musayev iş başında olduğundan,onunla telefon əlaqəsi yaratdıq. Şöbə müdiri bildirdi ki,plana uyğun olaraq,işləri çox olduğundan hələ ki Samux küçəsinə diqqət ayıra bilməyəcəklər.Ona gör də bu barədə konkret bir söz deyə bilməz.Arif Musayevin cavabı məsələyə aydınlıq gətirmədiyindən, Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini Əli Qəniyevin münasibətini öyrəndik.Musayevdən fərqli olaraq cənab Qəniyev uzun illərdir mingəçevirlilərin “başına sığal”çəkdiyi kimi bu dəfə də vədlər verdi.İcra başçısının ən “uzunömürlü” müavini bildirdi ki,problemlərdən xəbərdardı və yaxın zaman kəsiyində Samux küçəsinin dərdlərinə əlac ediləcək.Hər halda yerli qurum olarq şəhər icra hakimiyyətinin rəsmisi problemin həli üçün vacib addımların atılacağını deyir.Ancaq Samux küçəsinin diqqətdən kənarda qalması inkişaf etməyi qarşısına məqsəd qoyan və daxili imkanlar hesabına “xarüqələr yaradan”bir şəhərin icra strukturları hərəkətə gətirməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər