Lökbatan vulkanı böyük sirrini üstünü açıb
20-09-2012, 17:30
Oxunub: 5 445
Məlum olub ki, hadisə baş verən ərazilərdə iri neft yataqları varmış
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsi Lökbatan palçıq vulkanında tədqiqatlara başlayacaq. Bu barədə məlumatı şöbənin müdiri Adil Əliyev verib.
Şöbə müdiri bildirıb ki, ətrafa səpələnən çox miqdarda palçıq suxurlarından nümunələr götürülərək laboratoriyada analiz edildikdən sonra püskürmə səbəblərinə aydınlıq gətiriləcək.
Vulkanın püskürməsi ilə bağlı ilkin ehtimallara gəlincə isə, hadisənin seysmik aktivliklə əlaqəsi güman edilir. Çünki yaxınlıqda baş verən zəlzələ püskürmələr üçün təkan rolunu oynayır.
A.Əliyev Lökbatan vulkanı ilə bağlı maraqlı faktlar da açıqlayıb. Onun sözlərinə görə, son 200 ildə 24 dəfə püskürən vulkan dünyada ən fəal vulkan kimi tanınır. Lökbatan vulkanı neftçıxarma sənayesi ilə bilavasitə əlaqədardır.
Ötən əsrin 30-cu illərinə qədər geoloqlar belə hesab edirdilər ki, palçıq vulkanları neft yataqlarını dağıdır. Buna görə də vulkan ərazisinin yaxınlığında neft quyqusu qazılmırdı. 1933-cü ildə Lökbatanda kraterdən 1 km məsafədə 45 saylı quyu qazıldı. Həmin quyu sutkada 20 min ton neft verməklə istisna təşkil etdi.
Beləlıklə də geoloqların fikri dəyişdi. Vulkan həmin ərazidə neft-qaz ehtiyatının olmasına dair göstərici kimi qəbul edilməyə başladı. Yataqların 90 faizi vulkanların öyrənilməsi sayəsində qazıldı. Harada vulkan varsa ətrafda neft-qaz yığınının olması artıq geoloqların ortaq fikridir və bu məhz Lökbatan vulkanı nəticəsində mümkün olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər