Taksi sürücüləri aksiyalara başlayır
6-10-2012, 07:50
Oxunub: 5 398
Onlar maaş və yanacağın verilməməsindən şikayətçidirlər; nəqliyyat müfəttişləri isə “nömrə açmaq” əməliyyatına başlayıblar
Bakıda “Baku Taxi Company” şirkətinin işçiləri yaxın günlərdə kütləvi aksiyalara başlayacaq. Bu barədə məlumat verən sürücülər bildirdilər ki, buna səbəb aylarla yığılıb qalan maaşlarını ala bilməmələri, üstəlik hər gün verilməli olan yanacağın səbəbsiz yerə kəsilməsidir. Sürücülər deyir ki, problemlərlə bağlı dəfələrlə “Baku Taxi Company” şirkətinə müraciət etsələr də, onların problemi ilə bağlı hər hansı bir iş görülməyib.
Sürücülərin sözlərinə görə, qarajlarda istifadəsiz maşınların sayı günü-gündən artır: “Buna səbəb isə, "London taksiləri" nin sürücülərinin avtomobillərdən imtina etməsidir. Gündəlik plan 28 manata qaldırılıb. Avtomobilin yanacağını öz cibimizdən alırıq. Üstəlik növbəti həftə texniki baxışa görə pul ödəyəcəyimizi deyirlər. Belə olan halda biz evimizə nə aparacağıq?"
Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyinin əməkdaşları qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı əməliyyat adı ilə paytaxtda reydlərə başlayıb. Taksi sürücülərindən “Yeni Müsavat” a daxil olan məlumatda deyilir ki, nəqliyyat müfəttişləri avtovağzal və avtobus dayanacaqlarında duran maşınların nömrəsini açaraq nəqliyyat vasitələrini cərimə meydançasına aparır.
Taksi fəaliyyəti ilə məşğul olmayan sıravi sürücülər də, bu vəziyyətdən şikayətçidirlər. Xüsusilə, “Binə” ticarət mərkəzinin qarşısında keçirilən reydlər nəticəsində dayanacaqda dayanan avtomobillərin nömrələri açılaraq aparılıb. Sürücülər deyir ki, gündəlik planı verə bilməyən müfəttişlər dayanacaqlarda duran avtomobillərin nömrəsini açaraq sürücülərin sənədlərini götürür, onları qanunsuz taksi fəaliyyəti ilə məşğul olmaqla günahlandırır.
Zərərçəkmiş sürücülər deyir ki, sənədlərini geri almaq üçün onlardan 100 manat istəyirlər: “Mülkü geyimli şəxslər yoldan keçən avtomobilləri saxlayaraq əyləşir bir qədər yol getdikdən sonra isə nəqliyyat müfəttişi olduqlarını deyərək sürücünün bütün sənədlərini zorla əllərindən alırlar. 4-5 nəfərlik qrup onlara tabe olmayan sürücülərə zor tətbiq edir, avtomobilin dövlət nömrə nişanlarını açır, cərimə adı ilə 100 manat aldıqdan sonra isə heç bir protokol yazmadan işi tamamlayırlar”.
Qeyd edək ki, məsələ ilə bağlı oktyabrın 3-də Nəqliyyat Nazirliyində departament rəhbərlərinin iştirakı ilə mətbuata qapalı toplantı keçirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər