Bakıda yenə tıxac olacaq
15-10-2012, 08:25
Oxunub: 5 265
Şəhərin bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Paytaxtın əsas küçələrini əhatə edən məhdudiyyət iki gün davam edəcək. Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, oktyabrın 15-16-da Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı və Nazirlər Şurasının 20-ci iclası ilə əlaqədar paytaxtın Heydər Əliyev, Neftçilər, Bülbül, İnşaatçılar prospektlərində, Yusif Səfərov, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Niyazi, İstiqlaliyyət, Rəşid Behbudov, 28 May, Bakıxanov, Koroğlu Rəhimov küçələrində, eləcə də "Azneft meydanı" və "Qələbə meydanı" istiqamətinə şəxsi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, qeyd olunan küçə və prospektlər istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər