Məktəblərdə zorla peyvənd etmək olarmı?
15-10-2012, 08:25
Oxunub: 5 443
212 saylı orta məktəbdə oxuyan qızı zorla peyvənd etmək istəyirlər
Bakıda uşaqlara peyvənd edilməsi ilə bağlı problem var. Oxucu Bolgexeber.com-a müraciət edərək bildirib ki, Nərimanov rayonu, 212 saylı orta məktəbdə oxuyan qızını zorla peyvənd etmək istəyirlər. Valideyn uşağının allergiyası olduğundan peyvənd edilməsinə etiraz edir. Məktəb direktoru isə təkidlə şagirdin peyvənd edilməsini tələb edir.
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bildirdi ki, şagirdlərin peyvənd edilməsinə məktəb məsuliyyət daşımır. Bu işlərə məktəblərdə Səhiyyə Nazirliyi tərəfindən yerləşdirilmiş tibb məntəqəsi cavabdehdir. Təhsil İdarəsinin rəsmisinin sözlərinə görə, valideyn övladının peyvənd edilməsinə etiraz edirsə, bu haqda həmin məntəqənin mütəxəssislərini məlumatlandırmalıdır. Uşağının fiziki problemi ilə bağlı məlumat verəndən sonra burada heç bir tələbdən söhbət gedə bilməz. Respublikanın baş pediatrı Nəsib Quliyev isə bildirdi ki, məktəb yaşlı uşaqlara peyvənd edilmir, sadəcə, vərəmə yoluxmanı yoxlamaq üçün mantı sınağı qoyulur. Baş pediatr qeyd etdi ki, bu peyvənd deyil, sınaq olduğundan istənilən vaxt edilə bilər.
N.Quliyevin sözlərinə görə, valideyn mantı sınağından imtina edə bilər, bu işdə məcburiyyət yoxdur. Lakin həmin valideynə və uşağa tibb işçisi tərəfindən sınağın mahiyyəti, səbəbi başa salınmalıdır.
Poliklinikalarda da uşaqların məcburi şəkildə peyvənd edilməsinə də toxunan N.Quliyev əlavə etdi ki, valideyn buna da etiraz edə bilər. Lakin bu imtinanın gələcək ziyanını həmin uşağın valideyni anlamır. Kimdəsə fiziki problem varsa, onu həmin peyvəndə hazırlamaq, sonra isə icra etmək lazımdır.
Qeyd edək ki, məktəb direktoru ilə əlaqə saxlamaq mümkün olmadı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər