BolgeXeber.Com » Sosial » Bakıda insanları zəhərləyən mütəşəkkil dəstə

Bakıda insanları zəhərləyən mütəşəkkil dəstə

19-10-2012, 13:05
Oxunub: 5 576 Azərbaycana qaçaqmal tolu ilə gətirilmiş psixotrop dərman həblərinin satışı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Bakıda aparılmış əməliyyat istintaq tədbirləri nəticəsində ölkəyə qanunsuz gətirilmiş psixotrop dərman həblərinin və ampulalarının satışını təşkil edən dəstənin üzvləri Yusif Hacıyev, Yeganə Nuriyeva və əvvəllər məhkum olunmuş Kamran Əmrahov yaxalanıb. Onlardan 10 min həb obidol, 850 həb metadon və müxtəlif adlarda digər qadağan olunmuş yüzlərlə həb və ampula götürülüb.
Saxlanılmış şəxslər ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.