BolgeXeber.Com » Sosial » Qobuda sahibkarin evinə silahlı basqın

Qobuda sahibkarin evinə silahlı basqın

30-10-2012, 14:05
Oxunub: 6 894 Oktyabrın 30-na keçən gecə Bakı şəhərinin Qobu qəsəbəsində mənzilə silahlı basqın edilib

Hüquq-mühafizə orqanlarından Bolgexeber.com-a verilən məlumata görə, 4 naməlum şəxs Qobu qəsəbəsində Mübariz Əlicanovun evinə basqın edib. Odlu silahla silahlanmış və maska taxmış həmin şəxslər ev sahibi M.Əlicanovun həyat yoldaşının əl-qolunu bağlayıblar. Qadını hədələyən quldurlar mənzildən 4 min manat pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları, digər qiymətli əşyaları götürərək qaçıblar.

Hazırda polis silahlı basqınçıların müəyyən edilərək saxlanması istiqamətində iş aparır. Fakt üzrə cinayət işi başlanılıb.

Qeyd edək ki, basqına məruz qalmış evin sahibi iş adamıdır.