BolgeXeber.Com » Sosial » Bakıda ruhi xəstə qızı vəhşicəsinə döyüb, öldürüblər

Bakıda ruhi xəstə qızı vəhşicəsinə döyüb, öldürüblər

29-11-2012, 15:05
Oxunub: 5 732 Ruhi xəstələr üçün internatda pasient qadın amansızcasına döyülüb.

SalamNews-un verdiyi xəbərə görə, bu şikayətlə vəfat etmiş xəstənin anası İşgəncələr Əleyhinə Komitəyə müraciət edib.

Komitənin sədri Elçin Behbudov məlumat verib ki, noyabrın 21-də İşgəncələr Əleyhinə Komitənin “qaynar xətti”nə Bakı sakini İlyasova Sevil Əsgər qızından müraciət daxil olub. O, 1991-ci il təvəllüdlü qızı İlyasova Zeynəb Mahir qızının noyabrın 15-də ruhi xəstələr üçün Xanlar rayonu 8 saylı internatda vəfat etdiyini bildirib. İnternatın rəhbərliyi isə, qızın ğölüm səbəbləri barədə anaya məlumat verməyib. Lakin sonradan anası Zeynəb İlyasovanın cəsədi üzərində işgəncə və qançır izləri aşkar edib. İş üzrə müstəntiq tibbi ekspertizanın nəticələrinə əsasən, qızın ürək və qaraciyərinin dözmədiyini bildirib.

Faktla bağlı Elçin Behbudov noyabrın 22-də Azərbaycanın Baş prokuroru Zakir Qaralova müraciət edərək, iş üzrə istintaq prosesini şəxsi nəzarətinə götürməyi xahiş edib.

Hüquq müdafiəçisi bu hadisənin yeganə hal olmadığını deyib: "Bu yaxınlarda Gəncə internatlarının birində gənc oğlan yoldaşının tərəfini saxladığı üçün müəllim tərəfindən döyülüb".