BolgeXeber.Com » Sosial » Sumqayıtda orta məktəb yanıb

Sumqayıtda orta məktəb yanıb

3-12-2012, 10:05
Oxunub: 5 615 Sumqayıtda orta məktəbdə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən aldığımız məlumata görə, Sumqayıt şəhəri, Babək küçəsində Təhsil Nazirliyinə məxsus hər mərtəbəsi 2500 kv.m olan üç mərtəbəli orta məktəb binasının 3-cü mərtəbəsində 1-ci sinif otağı və içərisindəki əşyalar 30 kv.m sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın günorta saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bolgexeber.com xəbər portalı olaraq dəqiqləşdirdik ki, söhbət 13-cü mikrorayon ərazisində yerləşən 34 saylı orta ümumtəhsil məktəbindən gedir.