Notariusun saxtakarlığı vətəndaşı məhkəmə qapılarında qoyub
3-12-2012, 11:15
Oxunub: 6 449
Şikayətçi Vüqar Hacıyev: “Etibarsız etibarnamə verən notarius dünyanın hansı yerində var?”
“Maştağa qəsəbəsindəki notariusla nəinki Qarabağı, bütün Azərbaycanı satmaq olar. Kim saxta arayış almaq istəyirsə üz tutur 17 saylı notariusa. Mən Rusiyada ola-ola adımdan saxta vəkalətnamə verib 12 sot torpaq sahəmi satıblar. Biabırçılıqdır. Etibarsız etibarnamə verən notarius dünyanın hansı yerində var?”
Bu sözləri redaksiyamıza müraciət edən Vüqar Hacıyev deyib. Şikayətçinin sözlərinə görə, 1994-cü ildə Səbayel Rayon İcra Hakimiyyətinin sərəncamı ilə Badamdar qəsəbəsində ona 12 sot torpaq sahəsi ayrılıb: “Torpağın 6 sotu öz adıma, qalan hissəsi kirvəmiz Eyvaz Dilənovun adına rəsmiləşdirilmişdi. Torpaq sahəsini hasarlayıb darvaza qoysam da, ev tikməyə imkanım olmadı. Sonra Rusiyaya getdim. 2009-cu ildə qayıdıb gələndən sonra torpağımda ev tikildiyini gördüm. Araşdırdım, öyrəndim ki, keçmiş həyat yoldaşım Nəsib Qəhrəmanovla birgə torpağı satmaq üçün əvvəlcə 28 saylı notariusa gediblər. Lakin oradakı notarius torpaq sahibinin - yəni mənim iştirakım olmadan alqı-satqı olunmasının mümkün olmadığını deyib. Bundan sonra 17 saylı notariusa gediblər. Həmin notarius isə keçmiş həyat yoldaşıma saxta vəkalətnamə verməkdən çəkinməyib. 2002-ci ildə bu saxtakarlığı edərkən Gəncədə qeyri-müəyyən ünvan və ad-soyadı mənim ad-soyadımla üst-üstə düşən bir şəxsi göstəriblər. Mən Daxili İşlər Nazirliyinin MAPS xidmətindən həmin ünvanda yaşamadığımı təsdiqləyən arayış almışam. Həmin arayışda da 1990-cı ildən bu günə kimi Bakı şəhərində qeydiyyatda olduğum təsdiqlənir”.
Şikayətçi bildirib ki, həmin saxta vəkalətnamə ilə yenidən 28 saylı notariusa üz tutan sabiq həyat yoldaşı və Nəsib Qəhrəmanov istədiklərinə nail olublar: “Dilənov Eyvazı da həmin 28 saylı notariusa çağırıb 17 saylı notariusdan aldıqları vəkalətnaməni göstərib inandırıblar ki, guya sənədi mən imzalamışam. Beləliklə onun da alqı-satqı müqaviləsinə qol çəkməyinə nail olublar. Bu saxtakarlıq 29 iyun 2002-ci ildə baş tutub və mənim əmlakım dələduzluqla satılıb”.
Şikayətçi Səbayel Rayon Məhkəməsinə müraciət edərək torpağın mülkiyyətinə qaytarılmasını tələb edib: “Hakim Elnur Həsənov elə hey gülürdü. Bilirdi ki, torpağımı saxtakarlıqla satıblar. Hakim özü mənə demişdi ki, həmin 17 saylı notariusun 20-dən çox saxta işinə baxıb. Deyirdi ki, mən orada belə saxta işlərə qol qoyulduğunu bilirəm. Məhkəmə vaxtı tələb etdim ki, imzamın saxtalaşdırılmasını müəyyən etmək üçün ekspertiza keçirildi. Ekspert də rəyində saxtakarlıq elədi. Yazıb ki, guya imzanın kimə aid olmasını müəyyən edə bilmir. Axı bu necə ola bilər? Həmin imza ilə mənim imzam arasında fərqi müəyyən edə bilməyən şəxsi necə ekspert vəzifəsinə işə götürüblər?”
V.Hacıyevə görə, hakim Elnur Həsənov saxtakarlıqları görə-görə, haqqının tapdandığını bilə-bilə iddiasını təmin etməyib. Bakı Apelyasiya Məhkəməsi həmin qətnaməni qüvvədə saxlayıb: “2010-cu ilin sonunda Ali Məhkəmə işə yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərdi. Məhkəmə iddiamı təmin etdi. Sonradan qarşı tərəf kasasiya şikayəti verdi və Ali Məhkəmə işi yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytardı. Bu dəfə də saxtakarlıqlara göz yumuldu. Verdiyim kasasiya şikayətinə uzun müddət baxılmadı. Sonradan eşitdim ki, hakim Tatyana Qoldman mənə bildiriş göndərmədən bu il noyabrın 1-də prosesi keçirib və şikayətimi təmin etməyib. Ümidim Ali Məhkəmənin Plenumuna, Konstitusiya Məhkəməsinədir. Əks halda, Avropa Məhkəməsinə müraciət etmək zorunda qalacağam”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər