Misir Mərdənov yeni ilə “ yox” dedi...
6-12-2012, 16:20
Oxunub: 5 470
“Şaxta baba üçün pul yığmağı qadağan edən Təhsil Naziri Misir Mərdanov Yeni il tədbirləri ilə bağlı məktəb direktorlarına xəbərdarlıq edib”.
“Yeni il bayramı ilə bağlı şənliklərin keçirilməsinə görə şagirdlərdən pul yığılması qəti şəkildə qadağan olunub. Belə hallara yol verən məktəblərin rəhbərliyi barəsində çox kəskin mövqeyimizi ortaya qoyacağıq ”.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Bolgexeber.com-a açıqlamasında belə deyib. O, qeyd edib ki, məktəblərdə Yeni il şənliyi təhsil müəssisəsi tərəfindən təşkil olunmur.
“Bu məsələlərlə bağlı münasibətimiz ənənəvidir” deyən Z.Əliqızının sözlərinə görə, Yeni il şənliyinin keçirilməsi hamının öz istəyindən asılıdır. Sektor müdiri deyib ki, Yeni il şənliyi ibtidai siniflər tərəfindən keçirilir. Bu da həmin siniflərin öz təşəbbüsü ilə baş verir. Belə tədbirlərə təhsil müəssisəsi müdaxilə etmir.Hansısa təhsil müəssisəsində bununla bağlı pul yığılmasını dəstəkləmirik. Məktəbdə heç bir ad altında pul yığıla bilməz”. Z.Əliqızı onu da bildirib ki, hansısa məktəbdə şagirddən bircə qəpik də istəyərlərsə,012 441 06 19 nömrəli “qaynar xətt”ə müraciət edilə bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər