BolgeXeber.Com » Sosial » Azərbaycanda daha bir bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb
Azərbaycanda daha bir bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb
8-12-2012, 13:40
Oxunub: 4 840
Azərbaycanda daha bir bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.
Müəyyən edilib ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2007-2009-cu illərdə 23,5 ha torpaq sahəsi bələdiyyə iclasının qərarı olmadan qanunsuz olaraq icarəyə verilib. Bundan başqa bələdiyyə xəzinəsindən 4.766 manat məbləğində pul vəsaiti müvafiq sənədləşmə aparılmadan silinib. Həmçinin qeyd edilən dövr ərzində “Anar” firmasından yanacaq-sürtgü materiallarının alınması barədə saxta sənədlər tərtib edilməklə bələdiyyə büdcəsindən 1.009 manat məbləğində vəsait qanunsuz olaraq məxaric edilib.
Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər