BolgeXeber.Com » Sosial » Maşını kəsdilər, sürücünün cəsədini çıxardılar...

Maşını kəsdilər, sürücünün cəsədini çıxardılar...

9-12-2012, 17:35
Oxunub: 4 688 Yasamalda iki maşın toqquşdu.

Bakıda bir nəfərin ölümünə səbəb olan qəza hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Yasamal rayonunda “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilin sürücüsü, 1974-ci il təvəllüdlü Məmmədov Murad Həsənəli oğlu hadisə yerində ölüb.

Hadisə yerində dərhal təhülkəszilik tədbirləri görülüb.

Xilasedicilər xüsusi alət və avadanlıqlarla deformasiyaya uğramış avtomobildən sürücünün sıxılmış vəziyyətdə qalmış cəsədini çıxarıblar.