BolgeXeber.Com » Sosial » Deputat evini satışa çıxarıb

Deputat evini satışa çıxarıb

21-12-2012, 07:05
Oxunub: 4 589 Səbəb Əsabil Qasımovun maliyyə sıxıntısı keçirməsidir

Azərbaycanda biznesmen deputatlardan biri kimi tanınan Əsabil Qasımovun evini satışa çıxardığı barədə xəbər yayılıb. Bolgexeber.com-a daxil olan məlumata görə, millət vəkili Bakıdakı bahalı evini satmaq qərarına gəlib.
Məlumatı verən şəxs iddia edib ki, deputatın belə bir addım atmasının səbəbi son dövrlər biznesində ciddi problemlərin yaranması və maliyyə sıxıntısı keçirməsidir. İddialara görə, hətta Qasımovun biznesinin bir neçə qolu sıradan çıxıb və bu da onu çətinliyə salıb. Evini sataraq, ondan əldə edəcəyi pulu isə həmin sahələrin dirçəldilməsinə sərf olunacağı qeyd edilir.