BolgeXeber.Com » Sosial » DİN Sabunçu məsələsinə aydınlıq gətirdi

DİN Sabunçu məsələsinə aydınlıq gətirdi

21-12-2012, 10:55
Oxunub: 5 192 Adları çəkilən hər üç şəxs öz ifadələrində oğurluq əşyaları onlara Sənan Əsgərovun satdığını bildiriblər

Dekabrın 19-da Laçın rayonunda anadan olmuş, Pirşağı qəsəbəsindəki “Qarabağ” düşərgəsində məskunlaşmış hazırda həbsdə olan Sənan Əsgərovun yaxınları və vəkili mətbuat konfransı keçirərək onun Sabunçu Rayon Polis Idarəsinin 15-ci bölməsində işgəncələrə məruz qaldığını bildiriblər. Sənan Əsgərovun yaxınlarının söylədikləri “Azadlıq” qəzetində də dərc edilib. Bu baxımdan DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu məsələ ilə bağlı redaksiyamıza yazılı açıqlama göndərib.
Açıqlamada deyilir ki, Salyan rayonunda anadan olmuş, Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan Rabil Fərzəliyev bu il dekabrın 11-də Sabunçu RPI-nin 15-ci Polis Bölməsinə müraciət edib. O, bildirib ki, dekabrın 9-dan 11-dək rayonda olub, qayıdanda mənzilindən oğurluq edildiyini görüb. Faktla bağlı Sabunçu RPI-nin Istintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi qaldırılıb: “Əməliyyat-axtarış tədbirləri nəticəsində Rabil Fərzəliyevin evindən oğurlanmış 1 qızıl üzük və qol saatı Laçın rayonunda anadan olmuş, hazırda Pirşağı qəsəbəsində yaşayan Qalib Mirzəyevdə aşkarlanıb. Qalib Mirzəyev ifadəsində qızıl-zinət əşyalarını Sənan Əsgərovdan aldığını bildirib. Sonrakı tədbirlərlə Rabil Fərzəliyevin evindən oğurlanmış digər əşyaların, o cümlədən 1 ”Samsunq" markalı televizorun Bərdə rayonunda anadan olmuş, hazırda Pirşağıda yaşayan Kəmalə Bağırovaya və onun Reyhan adlı bacısına satıldığı məlum olub. Baxış zamanı Kəmalə Bağırovadan və bacısından daha bir musiqi mərkəzi, 2 qiymətli vaza da götürülüb ki, bu əşyalar da Sabunçu qəsəbəsinin sakini Rafiq Əliyevin mənzilindən oğurlanıb.
Adları çəkilən hər üç şəxs öz ifadələrində oğurluq əşyaları onlara Sənan Əsgərovun satdığını bildiriblər. Sənan Əsgərovun Rabil Fərzəliyevin yaşadığı evdən və başqa ünvandan oğurluq etməsinə dair istintaq orqanında kifayət qədər maddi sübut, ciddi dəlillər olduğu üçün o, dekabrın 13-də polis əməkdaşları tərəfindən saxlanılıb. Dekabrın 15-də Sabunçu rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Nə Sabunçu RPI-də, nə də 15-ci PB-də Sənan Əsgərov heç bir təzyiqə məruz qalmayıb. Bütün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri qanun çərçivəsində və peşəkarlıqla aparılıb. Əgər yaxınlarında və vəkilinlə Sənan Əsgərova təzyiq göstərilməsinə dair hər hansı ciddi dəlil-sübut varsa, onları müvafiq araşdırmanın aparılması üçün səlahiyyətli dövlət qurumlarına təqdim edə bilərlər".