Xırdalanda kazino qalmaqalı
24-12-2012, 09:50
Oxunub: 4 698
Sakinlər orada 18 yaşından etibarən gənclərin qumara cəlb edildiyini, stolüstü poker oyunları, “Keno” adlı qumar lotosu, qara kontor oynanıldığını deyirlər
Xırdalan şəhər icra hakimiyyətinin yaxınlığında 9 mərtəbəli binada yaşayan bir qrup sakin Bolgexeber.com-a şikayət məktubu göndərib. Buna səbəb binanın altında “Ray” adlanan klubda kazino-qumarxanın sakinləri narahat etməsidir. Onlar bildirirlər ki, “Ray” klub adlanan diskotekada baş verən davalardan, gecə qızlarının səsindən artıq cana gəliblər.
Bundan əlavə, bina sainlərinin uşaqları evlərindən pul oğurlayıb həmin qumarxanada qumar oynayırlar. Sakinlər qeyd edir ki, həmin kazinonu işlədən Yusif adlı şəxs həm də “Ray” klubun sahibidir. Onlar Yusif adlı şəxs haqqında bir sıra məlumatlar da toplayıblar.
Onun “Asif “ adlanan futbol mərci obyekti də var. Sakinlər bildiriblər ki, kazino parkdakı mühafizə polis bölməsinin arxasında yerləşir və mühafizə polisləri də olanlara göz yumur. Sakinlər orada 18 yaşından etibarən gənclərin qumara cəlb edildiyini, stolüstü poker oyunları, “Keno” adlı qumar lotosu, qara kontor oynanıldığını qeyd ediblər.
Bina sakinlər 3 ildir buna göz yumduqlarını bildirsələr də, artıq dözməyəcəklərini deyirlər. Onlar qumarxanada və klubda baş verənlərin fotolarını və videolarını da çəkib redaksiyamıza göndəriblər: “Abşeron Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun icra hakimiyətinin 10 metrliyində baş verən bu hadisələrə biganə qalmasında maraq nədir, bunu anlamırıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər