BolgeXeber.Com » Sosial » Ağıllı sayğaclar insanları niyə əziyyətə salır?

Ağıllı sayğaclar insanları niyə əziyyətə salır?

25-12-2012, 08:40
Oxunub: 5 032 Paytaxt sakinlərinin qazla bağlı problemləri yaranıb

Bakının bir neçə yerində abunəçilər sayğaca pul yükləməkdə çətinliklə üzləşiblər. Onlar karta pul qoysalar da, həmin məbləğ sayğaca yüklənməyib. Oxucular müraciətlərində iddia edirlər ki, karta yüklənən pul sayğaca oturmur, ancaq qəbzdə həmin məbləğ göstərilir. Şikayətçilər çıxış yolunun nədən ibarət olduğunu bilmək istəyirlər.
“Azəriqaz” İstehsalat Birliyinin Qaz təsərrüfatı istismarı şöbəsinin rəisi Vaqif Namazov bildirdi ki, belə problemlər ola bilər. Bu kimi problemlə üzləşən abunəçilər məlumatlandırılıblar. Şöbə rəisinin sözlərinə görə, abonentlər belə halla üzləşdikdə qaz idarəsinə müraciət etsinlər. Orada olan aparatın yanında daim növbətçi əməkdaş olur. Ona müraciət etməklə problemlərini həll edə bilərlər.