"Novostroyka"larda yaşayanlara ümidsiz xəbər
25-12-2012, 08:40
Oxunub: 5 403
"Onlar oturub gözləməsinlər ki..."
Qış mövsümü başlayandan Bakı şəhərində ənənəvi qayğılar yenidən baş qaldırıb. Paytaxtın köhnə binalarında istilik sistemi olsa da, yeni tikilən binalar haqda bunu demək çətindir. Yeni binalarda yaşayan sakinlərin Bolgexeber.com-a etdikləri çoxsaylı müraciətlərindən də görünür ki, hətta 10 il əvvəl tikilmiş özəl binalarda istilik sistemi yoxdur. Köhnə binalar mərkəzi istilik sisteminə qoşulsa da, yeni binalarda ümumiyyətlə mərkəzi istilik sistemi yoxdur.
Bəs nə vaxtsa yeni binalarda istilik sistemi olacaqmı? Bu problemi kim həll etməlidir? “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, Bakı şəhərində tikilmiş yeni binaların istilik probleminə MTK rəhbərliyi çarə tapmalıdır.
Xidmət rəisinin sözlərinə görə, “Azəristiliktəchizat” tərəfindən həmin binalara istilik sistemini qurması üçün texniki şərt verilib. Əgər həmin binaların yaxınlığında mərkəzləşmiş istilik sisteminin mənbəsi varsa, qoşula bilərlər, əks halda özləri qazanxana tikməlidirlər.
R.Əliyevin sözlərinə görə, özəl və kommersiya tipli yaşayış binalarının sahibləri olan hüquqi şəxslər, yəni şirkətlər və MTK-lar binaların istilik probleminin həllini bütünlüklə dövlət strukturlarının üzərinə atmamalıdırlar: "Onlar oturub gözləməsinlər ki, dövlət vəsaiti ilə onlar mərkəzləşmiş istilik sisteminə qoşulacaqlar və ya büdcə vəsaiti ilə qazanxana problemi bütünlüklə həll olunacaq. Onlar problemlərinin həllinə çarə tapılmasında aktiv iştirak etməlidirlər".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər