Bakıda «Qaz kartları» çalışmır
26-12-2012, 09:25
Oxunub: 5 062
“Azəriqaz” yeni ildə milləti istiliksiz qoymaq fikrindədir
Bir neçə gündür Bakıda «PayPoint» köşklərində qaz pulu ödənişləri ilə bağlı çətinliklər yaranıb. Abunəçilər ödəmə üçün istifadə etdikləri kartlarına pul yükləsələr də qaz ala bilmədiklərini deyirlər.
Dekabrın 24-də abunəçilər pullarını geri almaq, yaxud yükləmə əməliyyatını gerçəkləşdirmək üçün «PayPoint» köşklərinin idarəçisi olan «Komtec» şirkətinin binasına üz tutublar. Burada isə şikayətçilərin çoxluğundan narazılıqlarla müşahidə olan növbələr yaranıb.
Ödəməsi gerçəkləşməyən abunəçi Saleh Məmmədov deyir ki, abunəçilərin kartların pul yüklənmirsə ödəməni dayandırsınlar ki, insanlar növbədə əziyyət çəkməsinlər: “Dünən 20 manat keçirmişəm amma qaz gəlməyib. Bizə verilən qəbzdə şirkətin ünvanı yoxdur, saatlarla şəhəri gəzib ünvan axtarmışam. Mən nə üçün bütün günü bununla məşğul olmalıyam? Deyirlər ki, düzələcək. Yaxşı, bəs mənim itirdiyim vaxta görə pulu kim ödəyəcək? Mən bütün günü burda durmaqla pul itirirəm.”
«Komtec» şirkətinin əlaqə mərkəzi qrupunun rəhbəri Şirin Məmmədyarova AzadlıqRadiosuna müsahibəsində deyib ki, yaranan çətinlik texniki problemlərlə bağlıdır: “Bunun səbəbi Azəriqazın sistemində yaşanan çətinlikdir. Ödəniş çox olduqda abonentlərin kartlarına məlumat ötürülə bilmir və qaz gəlmir. Ödənişi “Komtec” şirkəti olaraq biz həyata keçirdiyimiz üçün abonentlərin pullarını ya qaytarırıq, ya da kartlara yükləyirik. Bu müvəqqəti çətinlikdir. Bununla bağlı «Komtec» və Azəriqaz tərəfdən lazımi texniki tədbirlər görülür.”
Şirin Məmmədyarova onu da deyib ki, ödəmənin müvəqqəti olaraq dayandırılması “Paypoint” sistemində edilən digər ödəmələrə problem yaradacağından belə bir tədbir onlar tərəfdən müzakirə mövzusu deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər