BolgeXeber.Com » Sosial » Türkiyədə külli miqdarda qızıl tutuldu

Türkiyədə külli miqdarda qızıl tutuldu

7-01-2013, 12:15
Oxunub: 4 657 Həmin qiymətli metal Azərbaycanlı iş adamına məxsus imiş

İstanbuldakı Atatürk hava limanında tutulan 320 külçə qızılın sahibi bəlli olub. Musavat.com-un "Akşam" qəzetinə istinadən verdiyi məlumata görə, qızıllar müğənni Ebru Gündeşin azərbaycanlı əri Rza Zərraba məxsus imiş.
Qəzetin yazdığı məlumata görə, Dubaya getmək üçün aeroporta gələn bir qrupun eyni rəng və model bel çantaları ilə olması polisin diqqətini cəlb edib. Onların narkotik qaçaqmalçısı olmasından şübhələnən polis əməkdaşları 12 nəfərlik qrupu saxlayıb. Çantalardan 27 kiloqram ağırlığında qızıl çıxıb. Böyük bir qaçaqmalçılıq olayı ilə rastlaşdıqlarını düşünən polis əməkdaşları gömrük işçilərinə xəbər veriblər. Araşdırma nəticəsidə məlum olub ki, qızıllar azərbaycanlı iş adamı Rza Zərraba məxsusdur.
Gömrük orqanları qızılların ölkədən çıxarılması ilə bağlı bəyannamələrin saxta olmadığını və qızılın Türkiyədən qanuni yolla aparıldığını müəyyən ediblər. Rza Zərrabın özü də hava limanına gəlib. O, qızıl ixracatçısı olduğunu, qızılları mənzil başına daha təhlükəsiz çatdırmaq üçün bu yolu seçiblər.
Araşdırmalardan sonra qızılın təyyarəyə keçirilməsinə icazə verilib.
Bu arada isə məlum olub ki, Türkiyədən İrana qızıl ixracatının arxasında təbii qaza görə ödənişlər dayanır. Belə ki, İrana qarşı sanksiyaları pozmaq istəməyən Türkiyə pulu İranın Türkiyədəki hesablarına yatırır. İran hökuməti isə həmin pulları qızıla çevirərək ölkəsinə aparır. Rza Zərraba məxsus qızılların da məhz Dubay vasitəsilə İrana aparıldığı bildirilir.