BolgeXeber.Com » Sosial » Maştağada adı var, özü yox bağça

Maştağada adı var, özü yox bağça

13-01-2013, 21:10
Oxunub: 5 312 Avqustda istifadəyə verilmiş bağçada bir uşaq belə yoxdur, müdirə isə sənədləşdirmə aparıb və sakinlərdən pul alıb

Maşata qəsəbəsində fəaliyyət göstərən uşaq bağçasının adı var, özü yoxdur. Bolgexeber.com-a verilən məlumata görə, ötən ilin avqustunda əsaslı təmir olunan və istifadəyə verilən uşaq bağçasının işçiləri də var. Hətta orada uşaqların təlim-tərbiyə görmələri üçün sənədlərini də toplayıblar.
Məlumatda deyilir ki, bütün bunlara baxmayaraq, bağçada bir nəfər belə uşaq qalmır. Di gəl, ştat cədvəli mövcuddur və əmək haqqı alınır. Qəsəbə sakinləri isə oraya gedərək, müdirəsindən soruşurlar ki, uşaqların sənədləri alınıb, amma bağça nə zaman açılacaq? Müdirə də onlara deyib ki, bir aydan sonra.
Sakinlər deyirlər ki, vəd edilən 1 ay düz bir il olub.
Maraqlı odur ki, qəsəbə sakinləri baş verənlərdən şikayət edəcəklərini bildirsələr də, bağçanın müdirəsi heç keyfini də pozmur. Hətta deyir ki, «Gəlin pulunuzu da, sənədlərinizi də aparın».