Azərbaycansayağı kredit maniyası
15-01-2013, 01:25
Oxunub: 5 035
İstehlak kreditləşməsinin artması fonunda banklar vətəndaşlara kreditlər verərkən daha çox zamin tələb etməyə başlayıblar
Azərbaycanda bank kreditlərinə görə zaminlərin sayı kəskin artıb. Əgər 2006-ci ilin martında bankdan kredit alan hər fiziki şəxsə orta hesabla 2 nəfər zamin dururdusa, ötən il bu göstərici bir kredit alana 3 nəfərə çatıb. Bu dövrdə borc alanlara zamin duranların sayı təqribən 48% artaraq 4 milyonu keçib.
Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrin məlumatlarından məlum olur ki, istehlak kreditləşməsinin artması fonunda banklar vətəndaşlara kreditlər verərkən daha çox zamin tələb etməyə başlayıblar. Əhalinin isə məsələyə münasibəti birmənalı deyil.
Ekspertlər hesab edirlər ki, zaminlərin sayının kəskin artımı məhz bankların düzgün kredit siyasəti aparmaması ilə əlaqəlidir. Və nəticədə kredit götürənlə daha çox zaminə ziyan dəyir.
Qeyd edək ki, hazırda reyestrdə 1 milyon 499 318 borcalan haqqında məlumat toplanıb ki, bunun da 1 milyon 475 581-i, yəni 98,4%-i fiziki şəxs, 1,6%-i, yəni 9 129-u hüquqi şəxsdir. Amma kreditlərin qaytarılmasında yaranan problemlər kredit alışına elə də ciddi təsir göstərməyib. Belə ki, son bir il ərzində ölkədə banklardan borc alanların sayı 31,3% artıb. Xüsusilə bu artımın 9,2% -i şirkətlərin və müəssisələrin payına düşüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər