Orta məktəbdə yoluxucu xəstəlik aşkarlandı
15-01-2013, 01:25
Oxunub: 5 518
Bakının 70 saylı məktəb-liseyində şagirdlər arasında yoluxucu xəstəlik yayılıb
Bakının 70 saylı məktəb-liseyində şagirdlər arasında yoluxucu xəstəlik yayılıb. Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı bildirib ki, bu hadisə ötən həftə baş verib: “Məktəb rəhbərliyi ilə əlaqə saxladım, onlar da təsdiqlədilər ki, belə bir hadisə baş verib. Belə ki, yanvarın 7-də tətildən qayıdan 1 sinfin dörd şagirdində suçiçəyi aşkarlanıb. Onlar da digər iki şagirdi bu xəstəliyə yoluxdurub”.
Təhsil İdarəsinin sektor müdiri onu da qeyd edib ki, bundan sonra məktəb rəhbərliyi rayon sanitar-epidemiya mərkəzinə xəbər verib və məktəbin həmin sinfində dezinfeksiya işləri həyata keçirilib. “Həmin altı şagird evlərinə buraxılıb və ev şəraitində müalicə olunurlar” - deyə, Z. Əliqızı əlavə edib.
Qeyd edək ki, adıçəkilən liseydə təhsil alan şagirdin valideynlərindən birinin verdiyi məlumatda isə qeyd olunur ki, məktəbdə təhsil alan şagirdlər arasında bu xəstəliyə yoluxanların sayı daha çoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər