Zığ sakinləri fəlakətin bir addımlığında
16-01-2013, 04:05
Oxunub: 4 845
Ekoloqlar hava şəraitinin yağıntılı olacağı təqdirdə ərazidə sürüşmənin daha da artacağını ehtimal edirlər
Zığ kəndində bir neçə binanın sakinləri təhlükə içindədir. Ərazidə sürüşmə zonası aktivləşib, evlərdə çatlar o həddə çatıb ki, artıq bu evlərdə yaşamaq mümkünsüzdür. Nəticədə əvvəlki çatlar genişlənib, yeniləri də əmələ gəlib. Evlərin döşəməsindən tutmuş tavanlarınadək ziyan dəyib. Divarlardakı çatların uzunluğu bir metri keçib.
Ekoloqlar hava şəraitinin yağıntılı olacağı təqdirdə ərazidə sürüşmənin daha da artacağını ehtimal edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühəndis geologiyası ekspedisiyasının rəisi Bəxtiyar Qaralov həmin yamacda 79 yaşayış binasının olduğunu, bunların da 78-nin sürüşməyə meyilli sahədə olduğunu deyib.
Suraxanı rayon İcra Hakimiyyətinin rəsmisi Xanoğlan Allahverdiyev isə bildirib ki, problemlə bağlı Nazirlər Kabinetinə müraciət olunub. İcra Hakimiyyəti rəsmisi hazırda yuxarı instansiyalardan cavab gözlədiklərini söyləyib. Sakinlərə isə qəzalı vəziyyətdə olan həmin binalarda yaşamamaq məsləhət görülüb.
Xatırladaq ki, bu ərazidə son bir neçə ildə aktivləşmə müşahidə olunur. Keçən il bir neçə dövlət qurumu tərəfindən yaradılmış komissiyanın rəyinə əsasən 22 ailəlik bina köçürülmüşdü.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər