Bakıda 5 qəpik üstündə əlbəyaxa dava
16-01-2013, 11:35
Oxunub: 4 719
Davaya səbəb 100 saylı avtobusun sürücüsünün sərnişinə xırdanı düzgün qaytarmaması olub
Bakıdakı sərnişin avtobusunda dava düşüb. Milli.Az-ın əməkdaşının gözləri qarşısında sərnişin və sürücü əlbəyaxa olublar. Davaya səbəb Mərdəkan qəsəbəsindən metronun “Qara Qarayev” stansiyası istəqamətində hərəkət edən 100 saylı avtobusun sürücüsünün sərnişinə xırdanı düzgün qaytarmaması olub.
Sürücü cəmi bir dayanacaq gəlmiş sərnişinin verdiyi 1 manatlıqdan 35 qəpiklik gediş haqqı əvəzinə 40 qəpik çıxıb. Sərnişin buna etiraz edəndə isə sürücü gediş haqqının 35 qəpik olmasını əsas gətirib. Sərnişinin əsəbləşərək: “Bəs niyə 40 qəpik çıxırsan?” - deməsi sürücünü çıxılmaz vəziyyətdə qoyub və o, səs-küy salıb. Bundan sonra isə onlar əlbəyaxa olublar. Avtobusda olan sərnişinlərin köməkliyi ilə tərəflər sakitləşdirilib. Dava zamanı avtobusun salon güzgüsü sınıb.
Onu da əlavə edək ki, 100 saylı avtobusda sərnişin-sürücü münaqişəsi tez-tez baş verir. Bir neçə gün əvvəl avtobusun sürətlə idarə olunması nəticəsində sərnişin yıxılaraq xəsarət alıb. Sərnişinin etdiyi etiraza isə sürücü: " 100 saylı avtobus yüzlə gedər də" - cavabını vermişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər