BolgeXeber.Com » Sosial » Bakıda əsgərin güllələnməsi faktı ilə bağlı cinayət işi açılıb

Bakıda əsgərin güllələnməsi faktı ilə bağlı cinayət işi açılıb

18-01-2013, 14:15
Oxunub: 5 252 Hərbi prokurorluq bununla bağlı araşdırma aparır

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əsgərinin güllə yarası alması ilə bağlı bəzi nüanslar məlum olub. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun verdiyi məlumata görə, əsgər hərbi xidmətdə olarkən öz silahı ilə ehtiyatsız davrandığı üçün güllə açılıb.
Bunun nəticəsində də əsgər ağır yaralanıb. Əsgər dərhal xəstəxanaya yerləşdirilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.