BolgeXeber.Com » Sosial » Korrupsiya şikayətlərinin sayı artıb

Korrupsiya şikayətlərinin sayı artıb

23-01-2013, 09:45
Oxunub: 5 067 Baş prokurorluqda hesabat anı

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli "Qaynar xətt"inə 2012-ci il ərzində 5143 müraciət daxil olub. Bolgexeber.com-un məlumatına görə, bunu İdarənin rəisi Kamran Əliyev cümə günü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Həmin müraciətlərin 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılmaqla istintaq aparılıb, onlardan 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Əliyev qeyd edib ki, "Qaynar xətt"ə daxil olan zənglərin sayı artıb.