Məcburi köçkünlərin tələbə şəhərciyindən məcburi köçü başlayir
28-01-2013, 11:50
Oxunub: 5 404
Bakı Dövlət Universitetinin (BDU) tələbə şəhərciyində yaşayan məcburi köçkünlərin bu yaxınlarda köçürülməsinə başlanılacaq.
Bunu SalamNews-a və İnterAz-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov bildirib.
O deyib ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa olunan çoxmənzilli binaların tikintisi başa çatıb. Qəsəbədə 1296 yerlik şagird üçün 4 mərtəbəli məktəb binası inşa olunub. Həmçinin burada tikilən 2 mərtəbəli uşaq bağçasında məcburi köçkün ailələrdən olan 140-dək uşaq təlim-tərbiyə ilə təmin olunacaq. Hazırda bu tərbiyə müəssisəsinin həyətyanı sahəsində uşaqların əyləncə qurğuları quraşdırılır. Yaxın müddətdə köçürülmə prosesi başlayacaq.
E.Qədimov vurğulayıb ki, yeni qəsəbədə klub-kitabxana, tibb məntəqəsi, poçt şöbəsi, yanğın deposu, 2 istilik qazanxanası, 3 elektrik yarımstansiyası və digər sosial təyinatlı obyektlər də inşa olunub. Evlərin bölgüsü püşk yolu ilə aparılacaq. Ümumilikdə bu mənzillərdə 1440 məcburi köçkün ailəsi məskunlaşacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər