"Çıraq"ın inzibatçısı günahı öz üzərinə götürür
30-01-2013, 15:45
Oxunub: 5 177
Elçin Behbudov: “Emin Şəmdinov dedi ki, həqiqətən hadisə vaxtı sərxoş olub”
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər. Bu barədə E. Behbudov məlumat verib.
E. Behbudov orada saxlanılan 12 nəfərlə görüşdüklərini deyib: “İsmayıllı rayonunda baş vermiş insident zamanı saxlanılan “Çıraq” otelinin inzibatçısı, Bakı sakini Emin Şəmdinov, onun tanışı Elməddin Məmmədov və 10 İsmayıllı sakini ilə görüşdüm. Emin Şəmdinov və Elməddin Məmmədov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham olunurlar.
Emin Şəmdinov mənə bildirdi ki, özünü təqsirli bilir. Dedi ki, həqiqətən hadisə vaxtı sərxoş olub. Elməddin Məmmədov isə özünü təqsirli bilmədiyini söylədi. Bildirdi ki, hadisə vaxtı Emin Şəmdinova hücum olunduğunu görüb, ona köməyə gedib.
İsmayıllı sakinləri isə özlərini təqsirli bilmirlər. Biz onların bədənlərinə baxış keçirdik. Hər hansı döyülmə faktına rast gəlmədik. Saxlanılan şəxslərin saxlanılma şəraitindən və onlara qarşı münasibətdən də şikayətləri yoxdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər