BolgeXeber.Com » Sosial » Baş onkoloq özəl kanalları biabır etdi

Baş onkoloq özəl kanalları biabır etdi

30-01-2013, 15:50
Oxunub: 5 261 Azad Kərimli onları savadsızlıqda ittiham edib

Azərbaycanın baş onkoloqu Azad Kərimli özəl telekanalları kəskin tənqid edib. SalamNews xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, telekanallar daim özəl klinikaları reklam edirlər, daha ciddi sosial problemlərə isə fikir vermirlər: “Bütün günü qadınların üzlərindəki qırışların necə yox edilməsini reklam edirlər. Amma bir qadının əsas gözəlliyi onun süd vəzisidir. O, qırışları ilə məşğul olmaqdansa, heç olmasa ildə bir dəfə gedib süd vəzisini müayinə etdirsə, daha yaxşı olar. Telekanallar bu sahədə maarifləndirmə işləri aparmalıdırlar. Çünki qadının süd vəzisinin xərçəngi ailənin faciəsidir. Telekanallar belə aktual problemlərə fikir vermirlər.”