İcra başçısını öz biznesi maraqlandırır
30-01-2013, 15:55
Oxunub: 5 421
Razim Məmmədov vətəndaşları risq altına salıb
Xətai rayonu, Gəncə prospekti 73 saylı binanın qarşısında ağaclar kəsilir. Sakinlərin bildirdiyinə görə, ayın əvvəlində bir neçə ağacı kəsib yerində naməlum tikili tikiblər. Maraqlıdır ki, həmin zaman özlərini ekologiya idarəsinin işçiləri kimi təqdim edən bir qrup şəxs ağacları kəsməyə cəhd göstəriblər. Sakinlərin etirazından sonra ərazidən uzaqlaşıblar.
Sakinlər onu da bildirib ki, binanın yeganə yaşıllıq zolağı binanın qarşısıdır. Yaydada qocalı-cavanlı - hamı bu ağacların kölgəsində dincəlir. İllər boyu bu ağaclara qulluq edən bina sakinləri ağacların kəsilməsini istəmirlər. Özlərini ekologiya idarəsinin işçiləri kimi təqdim edən şəxslər ağacların kəsilməsinə səbəb kimi onların quruduğunu göstərir. Sakinlərsə göstərilənlərlə razılaşmırlar.
Qeyd edək ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin baş məsləhətçisi Əhməd Həsənov da açıqlama vermişdi. Onun bildirdiyinə görə, ağacların kəsilməsi barədə verilən rəy təkrar araşdırılmalıdır.
Bu gün isə Xətai rayonu Gəncə prospekti 20 A ünvanında torpaq sürüşməsi baş verib. Sakinlər bildiriblər ki, 10 gün əvvəl ərazidə tikinti məqsədi ilə qazıntı işlərinə başlanılıb. Bu məqsədlə də bir neçə ağac kəsilib. Ötən gün yağan güclü yağış nəticəsində gecə saatlarında torpaq sürüşməyə başlayıb.
Təqribən uzunluğu 10 metr, eni isə 2 metrə yaxın yarğan əmələ gəlib. Ətrafdakı binaların yolu tamamilə bağlanıb. Binanın qarşısında istinad divarlarında bir neçə çat yaranıb.
Sakinləri narahat edən məqamlardan biri də sürüşmə zonasına yaxın 16 mərtəbəli yaşayış binasının sürüşmə qorxusudur. Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sürüşmə o qədər də təhlükəli deyil. Bu gündən ərazidə bərkitmə işlərinə başlanılacaq.
Bolgexeber.com-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində Xətai rayonu Gəncə prospektində yaşanılan böhranın yeganə səbəbkarı icra başçısı Razim Məmmədovdur. Bu barədə redaksiyamıza danışan sakinlərdən birinin sözlərinə görə, həm yaşıllıqların məhv edilməsində və həm də digər yaşayış binalarının təhlükə altına atılmasında səbəb kimi çıxış edən yeni tikililər məhz icra başçısına məxsusdur: «Yaşıllıqları çox sakit şəkildə məhv etdilər. İndi bir-iki yerdə yaşıllıq qalıb ki, onu da məhv edəcəklər. Kimsə də söz deyə bilmir. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi də onların qarşısında acizdir. Dəfələrlə müraciətlər etsək də, bizə aşkar surətdə bildiriblər ki, Razim Məmmədov birbaşa olaraq nazir Hüseynqulu Bağırovla məsələni həll etdiyindən yaşıllıqların məhv edilməsinə belə göz yumulur».
Bolgexeber.com-a danışan digər bir sakin isə bildirdi ki, onlar bir neçə dəfə yaranmış situasiya ilə bağlı həyəcan təbili çalıblar: «Yolu da kəsdik. Xeyri olmadı. Bu gün də sürüşmə baş verib. Artıq evlərimizdə yaşamağa da qorxuruq. İndi Razim Məmmədov pul qazanmalıdır deyənə, biz ölməliyik?»
Onu da xatırladaq ki, Razim Məmmədov çoxdandır inşaat sektorunda at oynadır. Hətta onun adı onlarla vətəndaşın pulunu yeyən «GEN» MMC ilə bağlı qalmaqalda da hallandırılmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər