Toyda kütləvi zəhərlənmə
2-02-2013, 13:05
Oxunub: 5 954
35 adam xəstəxanalıq oldu

Fevralın 1-də Mingəçevirdə keçirilən toy məclisində kütləvi zəhərlənmə olub. Lent.az-ın “EL” televiziyasına istinadən verdiyi məlumata görə, toyun başlanmasından bir müddət keçdikdən sonra bəzi qonaqların səhhətində narahatlıq yaranıb. Toydan sonra bu say getdikcə artıb. Bu gün səhər saatlarından etibarən toyda zəhərlənən 35 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.
İlkin ehtimala görə, zəhərlənməyə salatlar səbəb olub. Toyda istifadə olunan qidalardan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən analiz aparılması üçün nümunələr götürülüb.
Qeyd edək ki, məclisdə istifadə olunan salatlar evdə hazırlanıb. Mərkəzi Xəstəxananın qəbul şöbəsinin həkimləri tərəfindən müraciət edən xəstələrə yardım edilib. Analiz nümunələri götürülüb. Xəstələrin mədə-bağırsaq yolları yuyulub və evə buraxılıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər