BolgeXeber.Com » Sosial » “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər...”- Video

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər...”- Video

12-02-2013, 18:20
Oxunub: 5 491 “O adam həbs ediləcək, atası işdən qovulacaq”

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edib.

“Bolgexeber.com –un məlumatına görə, İlham Əliyev çıxışında məmurlara sərt xəbərdarlıq edib:

"Özləri üçün təmtəraqlı toylar, yübileylər düzəldirlər. Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirtmişəm. Bu mənim təbiətimdir. İkincisi yol göstərirəm. Belə olmaq lazımdır.Təmtəraqlı toylar, ad günüləri, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Kim bunu edirsə, o bilir mən kimi nəzərdə tuturam.

İcra hakimlərinin övladları xalqı təhqir edirlər, kim onlara bu statusu verib?

Onların güvəndiyi adamları mən təyin etmişəm, mən də çıxaracağam, lazım bildikdə. Əgər bilsəm ki, kiminsə ailə üzvü, hardasa xuliqanlıq edib, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.