İş adamına zorlama ittihamı: killerdən şok açıqlamalar
15-02-2013, 13:15
Oxunub: 5 320
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
İttihama görə, ötən il iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq ittihamı meydana çıxıb.
Belə ki, “Azər-Ross” MTK-nın inşa etdiyi bınalarda vətəndaşlara ev satılsa da, onlara mənzil verilməyib. Məlum olub ki, şirkətin rəhbər şəxsləri H.Məmmədov və F. Hacıyev vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb.
Prosesdə təqsirləndirilən F.Hacıyev bildirib ki, məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsini təsdiq etmir. Onun fikrincə, həmin ifadəni Hümbət Məmmədovun yalan sözləri əsasında verib. F.Hacıyevin sözlərinə görə, 2010-cu ilin sentyabr-oktyabr aylarında Tofiqlə Moskvada görüşüblər: “Həmin vaxt Tofiq mənə dedi ki, onun bir tanışı var, həmin tanışı 15 yaşlı qızını zorlayan şəxsi cəzalandırmaq istəyir. Tofiq 15 yaşlı qızı zorlayan şəxsi döyəcək, yaxud kislotanı üzünə atacaq şəxsə 20-30 min ABŞ dolları verməyə hazır olduğunu bildirirdi. Mən onun niyə polisə getmədiyini soruşdum, Tofiq cavabında dedi ki, sifarişçi qızın adını hallandırmaq istəmir. O, bu işə başlamağı və müvafiq adamların tapılması barədə hazır olub-olmadığımı soruşdu. Mən dərhal razı olmadım. Çox fikirləşdim, öz azyaşlı qızımı düşünüb razılıq verdim. Buna ona görə razı oldum ki, 15 yaşlı qızı zorlayan şəxs heç olmasa döyülməlidir. Üstəlik, həmin işə görə pul qazanmaq olar. Bir müddətdən sonra Tofiqə bildirdim ki, bu işlə məşğul olmaq olar, lakin kislota istifadə etməkdən imtina etdim. Çünki bilirdim ki, kislota adamı öldürə bilər”.
F.Hacıyev ifadəsində qeyd edib ki, iyunun 19-da qardaşı Ramillə Bakıya gəlib. Onun sözlərinə görə, iyunun 20-də Tofiqlə görüşüb. Tofiq söhbətin ciddi olduğunu təsdiq edib: “Qardaşım Ramil uşağın zorlanmasına əsəbiləşdi və işdə iştirak etməyə razı oldu. Ertəsi gün Tofiq mənə və Ramilə Əflatunun iş və yaşayış yerini göstərdi. Tofiq bildirdi ki, Əflatunun mühafizəçiləri yoxdur, onun yanına katibəsi ilə əlaqə saxlayaraq keçmək olar. Biz işimizin müqabilində alacağımız mükafatın miqdarını dəqiqləşdirdik. Tofiq bu işə görə 36 min ABŞ dolları təklif etdi. Dərhal razılaşdım. Tofiq məbləğin sifarişçinin tapşırığı yerinə yetirdikdən sonra hissə-hissə ödəyəcəyini bildirdi. Ramil dedi ki, Bakıda yaşayan Vüsal adlı dostu var və Əflatunu onunla birlikdə cəzalandırmaq istəyir. Ramil söylədi ki, sürücüsü Əflatunu qoruyur, onu döyən zaman sürücünü qorxutmaq üçün tapança lazımdı. Bu barədə Tofiqə məlumat verdim. Tofiq iyulun 5-6-da içində tapança olan paket gətirdi. Həmin paketi açmadan Ramilə verdim. Plana əsasən iyulun 11-də Ramil və Vüsal mənzil almaq bəhanəsi ilə Əflatunun iş otağına gəlməli, onu döymək tapşırığını həyata keçirməli idilər. Həmin gün saat 12 radələrində Ramil zəng vuraraq bildirdi ki, plana daxil olmayan hərəkətlər baş verib, Əflatunu və onun əməkdaşını yaralayıblar. Ramil dedi ki, pulu alıb, aradan çıxmaq istəyirlər. Özüm şokda idim, baş verənlər barədə Tofiqə xəbər verdim. Dedim ki, pulu ödəyin, uşaqlar qaça bilsin. Ertəsi gün 26 min ABŞ dolları gətirdi. Pulu Ramilə verdim ki, dərhal Gürcüstana getsin. Ramil Gürcüstana gedəndən bir gün sonra mən də Azərbaycanı tərk etdim. Növbəti gün Tofiqə zəng vuraraq 10 min ABŞ dollarını kimə verdiyini soruşdum. Ona pulu baş verənlər barədə heç bir məlumatı olmayan Şamilə çatdırmasını xahiş etdim. Şamil bu işdə yalnız poçtalyon rolunu həyata keçirib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər