Azərbaycanda qan donduran cinayətin üstü açıldı (TƏFƏRRÜATLAR
17-02-2013, 09:50
Oxunub: 5 083
Fevralın 15-də saat 12:40 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Pirmurad İlqar oğlu Pirmuradovun yaşadığı evdən məktəbə gedərkən naməlum şəxs tərəfindən oğurlanması barədə daxil olmuş məlumat əsasında Abşeron rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Respublika Baş Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, müəyyən edilib ki, Ceyranbatan qəsəbə sakini Mansur Balağa oğlu Zülfüqarov tamah məqsədi ilə qohumu P.Pirmuradovu məktəbə gedərkən şəhərə gəzməyə aparmaq adı ilə taksiyə mindirərək paytaxtın Xətai rayonu ərazisinə aparıb və həmin gün saat 18:16 dəqiqədə atası İlqar Pirmuradova zəng edərək oğlunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə azad olunması müqabilində ondan 30 min manat pul tələb edib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Zülfüqarov tutularaq istintaqa cəlb olunub.
İstintaqla müəyyən edilib ki, M.Zülfüqarov ifşa olunmasından ehtiyat edərək P.Pirmuradovu Bakı Metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında yerləşən yeni tikiliyə aparıb orada aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlını kapron materialdan olan xamutlu iplə boğaraq qəsdən öldürüb və cinayəti gizlətmək məqsədilə meyiti kisəyə yerləşdirərək Bakı-Sumqayıt magistral şossesinin 17-ci kilometrliyində Ceyranbatan su kəmərinin yaxınlığında olan gölməçəyə atıb.
P.Pirmuradovun meyiti aşkar edilərək meyitə və hadisə yerinə baxış keçirilib, iş üzrə digər zəruri istintaq hərəkətləri aparılıb. M.Zülfüqarov Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 144.3-cü 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Hazırda cinayətin M.Zülfüqarov tərəfindən tək və ya başqa şəxslərlə birlikdə törədilməsi, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən digər xüsustların araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər